Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Vətəndaşlar “Kupça”sız evləri necə SIĞORTALAMALIDIR?


Məlum olduğu kimi, bu il yanvar ayının əvvəlindən başlayaraq müvafiq qanunlara uyğun olaraq evlərini icbari şəkildə sığortalanmasına başlanmışdır.

Bəs “kupça”sı olmayan evlər necə sığortalanır? Dövlət Sığorta Şirkətinin Masallı filialının direktoru Böyükağa Malıyevin bizə bildirdiyinə görə, sənədi tam olmayan evlər barədə ərazi nümayəndəliyinin arayışı kifayət edir ki, həmin evlər də sığorta edilsin.


Xatırladaq ki, yaşayış evləri 1 illik müddətə  15 min manat həcmində sığortalanır və bunun üçün  30 manat ödənilməlidir. Bu məbləğ 20 gün müddətində ödənilməsə, vətəndaş elə həmin məbləğdə - 30 manat cərimə olunacaq və  həmin ev sığorta olunmayınca  cərimə məbləği hər ay əlavə 30 manat artacaq.

Həmçinin,  o da  gözlənilir ki, qarşıdakı həftənin sonuna kimi Azərbaycan Nazirlər Kabinetində cərimə məsələsinə təkrar baxılsın.

Bayram günlərini nəzərə almasaq, son 2-3 iş günün  təkcə Masallı rayonunda yüzlərlə vətəndaş evini sığortalatdırıb.

Masallıda evlərin icbarı şəkildə sığortalanması əsasən Dövlət Sığorta şirkətinin Masallı filialında aparılır.

Əlaqə telefonu: 21 5 47 90.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10