Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

23 sentyabr 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, gözun aydın, eşitdim uşaq xaricdə yaman yağlı vəzifəyə keçib. Pula–pul demir. Nədi, ah niyə çəkirsən?
- Kaş burada yavan çörək yiyəydik, o vəzifədə pullar da başlarına dəyəydi.
- Nə olub axı?
- Nə olacaq, qıza. Uşaq vəzifəyə keçib, qudurub.
- Qıza, hamı alır, o da alır da.
- Almaq cəhənəmə. Bizimki atır.
- Kimə atır ki?
- Əşi, o zəhrimardan atır.
- O boyda vəzıfə sahibi qara atır?
- Qara atsa idi, abırlı idi. Bizimki, lap bahalısından, “ağ”ından, o kakindir, nədir, ondan atır.
- Nə danışırsan, qıza!
- Özü də səndən söz çıxmasın; tək atmır, elə kruqu ilə birgə. Deyir orada dükan, bazar satanda, rüşvət yerinə o “ağ”dan alıram.
- Yəni o zəhrimar belə bahalı şeydi?
- Deyilənə görə qramı 300 dollaradır. Gündə 4-5 qram işlətsə, hər günə 1000-1500 dollar eləyir. Bir–birinə pay verəndə də 10 qramlıq, 100 qramlıq “ağ” bükməsini hədiyyə edirlər.
- Heç inanılası deyil.
- Ona mesaj yollamışam ki, ay bala, əlinə fürsət düşüb, bir az pul yığ. Deyir ki, elə o “ağ”ı dollara, avroya sürtüb iyləyirlər, sonra uçuram. Arsız-arsız deyir ki, bilirsən, adamı necə gümrah edir. Hər oğlun işi deyil ki, belə təmiz mal işlətsin. Ağrısı-zadı da olmur. Hər tədbirə gedəndə də atıram, oluram dəf kimi.
- İşə bax e.
- Qıza, birdən başqa yerdə danışarsan, bizimkilər də öyrənər, sonra zəhrimarın pulunu çatdırmaq üçün gərək qəbiristanlıqları da sataq.
Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10