Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanlılar İrana bu məqsədlərlə gedirlər - RƏSMİ AÇIQLAMA



Son 4 ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 2 dəfəyə yaxın artıb.
Cenub.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, yola saldığımız 2019-cu ilin ilk yarısında İrana 639 min azərbaycanlı səfər edib. 4 il əvvəl - 2016-cı ilin ilk yarısında bu göstərici 352,1 min nəfər olub.
Məlumat üçün bildirək ki, rəsmi statistika İrana səfər edən azərbaycanlıların əsasən istirahət və əyləncə, müalicə, dini ziyarət və bazarlıq etmək məqsədilə getdiklərini göstərir.
2016-cı ilin ilk yarısı və 2019-cu ilin ilk yarısında aşağıdakı məqsədlər üzrə İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı belə olub:
 
 2016-cı ilin
ilk yarısı
2019-cu ilin
ilk yarısı
Fərq
CƏMİ352 min 639 min81 %
artıb
İstirahət və əyləncə92,6 min117,6 min27 %
artıb
Müalicə məqsədilə34,6 min95,6 min2,7 dəfə artıb
Dini ziyarət48,9 min101,6 min2,1 dəfə artıb
Qohumlara, dostlara baş çəkmək36,3 min65,8 min81 %
artıb
Bazarlıq etmək üçün34,5 min176,4 min5,1 dəfə artıb
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10