Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ağıllı olmaq üçün neçə kitab oxumalıyıq? - Sitatlar



kitab oxumaq haqda ən maraqlı sitatları təqdim edirik

1. Yaxşı yazan müəllifləri oxuduqca, yaxşı danışmağı öyrənirsən.

2. Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.

3. Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər.

4. Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur.

5. Nə qədər çox oxuyursan, o qədər az yamsılayırsan.

6. İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.

7. Necə ki, qəpikləri bir yerə yığanda manatlar əmələ gəlir, oxuduğun xırda şeylərdən bilik yaranır.

8. Beyin üçün oxumaq - bədən üçün idman etmək kimidir.

9. Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır. (Cim Ron)

10. Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. (Rey Bredberi)

11. Ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır.

12. Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. (Frensis Bekon)

13. Unutmayın: siz özünüzü nə hesab etdiyinizi oxuduqlarınız müəyyən edir.

14. Kitablara etibar et, onlar ən yaxındırlar. Onlar lazım olanda susurlar, danışmaq lazım olanda isə sənə bütün dünyanı göstərirlər.

15. Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. (Ernest Heminquey)

kulis





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10