Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Facebook"dan yeni qadağa




“Facebook” şirkəti “Deepfake” videolara qadağa qoyub.

"Facebook” sosial şəbəkəsi manipulyasiya edilmiş məzmunları və “Deepfake” videoları siləcək.

“Facebook”un Qlobal Siyasət üzrə vitse-prezidenti Monika Biskert bildirib ki, seçicilərimizə təzyiq və nifrət dolu nitq kimi standartlarımızı pozan məzmunlar, “Deepfake” olub-olmamasından asılı olmayaraq, “Facebook”dan silinəcək.

“Hazırda siyasətimizi yaxşılaşdırmaq və manipulyasiya edilən məzmunları müəyyən etmək üçün 50-dən çox qlobal mütəxəssislə danışıqlar aparırıq. Bu əməkdaşlıq nəticəsində müəyyən meyarlara sahib olan videoları platformamızdan çıxaracağıq”, – deyə o bildirib.

Qeyd edilir ki, bu qadağa parodiya, satira məqsədli videolara aid deyil.

Modern.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10