- Qıza, 2-3 il öncə Yardımlıda əsrin tikintisi başlayanda mən elə bildim ki, 1-2 ilə bu rayon olar hər iki Azərbaycanın paytaxtı.
- İndi Yardımlıya nə olub ki? Düzdür, kəndə gələnlər imkanlı qonaqlar üçün tikilən otel-motel deyilən yerdə, keçmiş başçının istirahət mərkə-zində rahatlana bilməsələr də, heç olmasa Yardımlıdan Masallıya rahat yolla gəlirlər.
- Guya yol rahat olmasa idi, nə edəcəkdilər ki, oranın başçısı bilirsən nə sərt adamdır?
- Xəzər müəllimi deyirsən?
- Əlbəttə. Xəzər müəllim rayona gələn kimi bəyan edib ki, adım Xəzərdir, özüm də Xəzər dənizi kimi coşub-daşıram, dalğalanıram. Xəzər sözündən “x”nı pozsanız, bilirsiniz də nə qalar “ əzər”. Yəni sözünə baxmayanı, çaldığıma oynamayanı elə əzərəm, tozu da qalmaz. Əgər “Xəzər” sözündən “x” ilə yanaşı “ə” hərifini də pozsanız, hər şey sizə aydınlaşar. Yəni olar “Zər”. Yəni mən ZƏR kimi oğlanam, elə-belə oğlan deyiləm. İstəyirsiniz “z” nı da pozun, birdəfəlik olun ”ər”
- Bəs sonra “ə”ni pozub eləyib ki?
- Bu lap ağ olardı ki. Kişiyə göz dəyərdi. Necə ki, dəydi. Tə-zə inşa olunan tikililərin üstündə gəzərkən yıxılıb ayağı sınıb. “Zər” kimi oğlan bir ay işə çıxa bilməyib.
- Bəs rayon başsız qalıb?
- Bəs necə. Bundan istifadə edib Hamarkənd adlanan məkanda 31 nəfər birdən Astara texnikumunun diplomuna sahib oldu. İndi bu kənddə idtidai sinif müəllimi olmayan adam az tapılar.
- Yəni belə savadlıdırlar?
- Qıza, heç çoxu hərfləri tanımır. Dərs jurnallarını onlar üçün köhnə müəllimlər yazır. Bu kəndin Astara texnikumu ilə optovoy müqavi-ləsi var.
- Onda bu rayonda ziyalı əlindən tərpənmək olmaz ki!?
- Bəs necə. Elə savadın gücünə görədir ki, başqa rayonlarda narko-tikə qram-qram tutulanda burada heroin kilo-kilo tutulur. Başqa rayonların narkomanları təkcə oz məhəllələrində tanınarsa, buradakılar Transmilli narkotik əməliyyatları uğurla həyata keçirib, Əfqanıstan–İran, Azərbaycan–Rusiya (hələ bir az da o tərəfə) narko-tik marşurutunu su yöluna döndəriblər. Sərhəddə eşşəklə keçən narkotik yüklər sonra Mersedeslərlə dünyanın ən dilbər guşələrinə qədər gəlib çıxır.
- Savadlı olmaq belədir də. Yəni dərk edirlər ki, “qara”da olan pul heç nədə yoxdur. Əbəs yerə vaxtilə yazmamışdılar ki, “ Ağ günlərə yol “qara“dan keçir“.
- Amma bunu bilmədim ki, Yardımlının polis rəisi Adil Həsənov belə gül kimi yeri qoyub, niyə postundan getdi.
- Burda başqa mətləblər var. Aşağı, “Şəlalə” tərəfə düşəndə danışaram.
Zahir Əmənov