Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nərmin Quliyevanın cəsədini tapan şəxs: “Meyiti kimin yandırdığını görmədim”


Sahə müvəkkili: “Qatil Nərminin bədəninə od vurmaq üçün yanacaqdan istifadə edib”
 
Yanvarın 6-da Tovuzun Dondar Quşçu kəndində, 10 yaşlı Nərmin Quliyevanın yanmış cəsədinin tapılması cəmiyyətdə şok effekti yaradıb. Baş Prokurorluğun rəsmi məlumatına görə, Nərminin cəsədi kənd sakini İlkin Süleymanov tərəfindən tapılıb.
 
O, hadisəni polisə bildirib. Mərhumun atası və əmisinin iştirakı ilə hadisə yerində və cəsəddə yoxlama aparılıb. Lazımi məhkəmə, məhkəmə-tibbi, bioloji və kimyəvi müayinələr aparılıb. Baş Prokurorluq cinayətin tez bir zamanda açılması üçün bütün əməliyyat-axtarış tədbirlərini həyata keçirir.
 
Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının Dondar Quşçu kəndi üzrə nümayəndəsinin müavini Ramiz Sadıqovun verdiyi məlumata görə, N.Quliyeva itkin düşəndən bəri bütün kənd onu axtarıb: “Tovuz Rayon Polis Şöbəsinə Nərminin itməsi barədə məlumat verilib”.
 
Tovuz rayon prokurorunun birinci müavini Anar Cəfərov AYNA-ya deyib ki, uşağın itkin düşməsindən dərhal sonra cinayət işi açılıb: “Təəssüf ki, Nərmin Quliyevanın qətli ilə bağlı istintaq barədə heç nə deyə bilmərəm. Çünki istintaqı biz yox, Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsi aparır”.
 
Dondar Quşçu kəndi üzrə əməliyyat müvəkkili Azər Məmmədov isə qızın, təxminən 5-6 gün əvvəl öldürüldüyünü deyib: “Hələlik Nərmin Quliyevanın ölümündə şübhəli şəxs yoxdur. Qatil Nərminin bədəninə od vurmaq üçün yanacaqdan istifadə edib. Bir uşağın yanan cəsədini tapan qonşunu saxlamışıq. Təəssüf ki, o, cəsədi kimin yandırdığını görmədiyini deyir”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10