Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Güclü duman səbəbindən cənub zonasında nəqliyyatın hərəkətində çətinliklər yaranıb



Respublikanın cənub zonasında müşahidə edilən güclü dumanla əlaqədar Bakı-Astara magistralının cənub hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Cenub.az xəbər verir ki, magistalın Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan rayonlarında qatı dumanla əlaqədar avtomobillərin hərəkətində maneələr yaranıb. Bu səbəbdən bəzi sürücülər nəqliyyat vasitələrini yolun kənarında saxlayaraq dumanın çəkilməsini gözləyiblər. Xüsusən magistral yolun Biləsuvar rayonundan keçən ərazisində nəqliyyatın hərəkəti məhdudlaşıb.

Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları duman səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Yol patrul xidmətinin əməkdaşları hərəkətdə olan bir sıra nəqliyyat vasitələrini müşayiət ediblər.  





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10