Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müsəlman gəncin ölümdən xilas etdiyi rus qızı İslamı qəbul etdi-İBRƏTAMİZ…


Bir neçə il öncə bir müsəlman gəncin sayəsində anası və bacısı ilə birlikdə  yanğından qurtulmuş Novosibirsk sakini olan rus qızı İslamı qəbul edib.

Cenub.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə belə deyilir. 

Yeva adlı qızın sözlərinə görə, onu müsəlman olmağa sövq edən ibrətamiz olay  hələ 15 yaşı olarkən Barnaul şəhərində Yeni il bayramı günlərində baş verib. Anası onu və 6 yaşlı bacısını əylənmək üçün maşınla parka aparmağı qərara alıb. Lakin yolda avtomobil digər bir maşınla toqquşub və alışıb. Qəzanın şəhərin ən gur yerində baş verməsinə rəğmən ətrafdakılar yalnız avtomobilin alovlara bürünməsinə tamaşa etməklə kifayətlənib. Yalnız İnquşetiyadan olan bir müsəlman gənc qorxmadan yanan avtomobilin şüşələrini sındırıb və özünü  içəri ataraq öncə uşaqları, sonra isə ananı alovların içindən çıxara bilib. Xoşbəxtlikdən hər üç ailə üzvü müxtəlif zədələr alsalar da, sağ qalıblar. 

Həmin gündən bu rus ailəsi öz xilaskarları olan  gəncin ailəsi ilə mehriban ünsiyyət qurub və mütəmadi əlaqə saxlayıb. Müsəlman ailəsinin mükafat olaraq onlardan heç bir hədiyyə-filan qəbul etməməsi Yeva və onun ailə üzvlərini çox təsirləndirib. Və  nəhayət, bu günlərdə  gənc rus qız İslamı qəbul etməyə qərar verib. 

Mediaya açıqlamasında  Yeva xilaskarları olan inquş gəncin timsalında bütün İnquşetiya xalqına və ümumiyyətlə, müsəlmanlara təşəkkürünü bildirib. O, müsəlman olduğu üçün özünü çox xoşbəxt sandığını və Allaha şükür etdiyini vurğulayıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10