Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda BİABIRÇILIQ - Yaşlı kişinin evini satdılar, pensiya kartını əlindən alıb küçəyə atdılar


Azərbaycanda yaşlı kişini polis bölməsinin qarşısına atıb qaçdılar.
Cenub.az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxan və polis bölməsinin qarşısına atılan kişinin qızı bildirib.
Qadın deyib ki, atasını polis bölməsinin qarşısına qardaşı atıb:
“Mən özüm yataqxanada qalıram. Yataqxanada həyat yoldaşım və oğlumla qalıram. Həyat yoldaşım deyir ki, oğlu ola-ola mən niyə sənin atana baxmalıyam. Mənə polis zəng edib dedi ki, gəlin, atanızı qocalar evinə yerləşdirək”.
Kişinin övladları tərəfindən küçəyə atılması hiddətə səbəb olub. Verilişdə iştirak edən ekspertlər yaşlı kişinin qızını tənqid atəşinə tutublar.
Sonda ahıl şəxsin qocalar evinə yerləşdirilməsinə qərar verilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10