Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tovuzda itkin düşmüş 10 yaşlı qızın yandırılmış meyiti tapıldı - FOTO


Hadisənin kim tərəfindən törədildiyi məlum deyil
 
Ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.
 
Cenub.az-ın "Report"a istinadən məlumatına görə, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
 
Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
 
Xatırladaq ki, hadisə ötən il noyabrın 21-i gecə saatlarında baş verib. N.Quliyeva axşam saatlarında qonşuluqdakı toya hazırlıq gedib. Babası ondan evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər alınmayıb.
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10