Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Millinin bəzi futbolçularının bukmeker kontorları ilə əlaqəsi var”



"Millinin formasını geyinən bəzi futbolçuların bukmeker kontorları ilə əlaqəsi var".

Cenub.az-ın Sportinfo.az-a istinadən məlumatına görə, belə bir iddia ilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çıxış edib. O, AFFA rəhbərliyinin bağlı qapılar arxasında keçirilən toplantısında bu haqda danışıb və konkret ad(lar) çəkib.


PFL-in birinci şəxsi bildirib ki, həmin oyunçu(lar) barədə konkret faktlar var, amma nədənsə adları ictimaiyyətdən gizli saxlanılır.

AFFA-nın baş katibi Elxan Məmmədov məsələdən xəbərdar olduğunu, lakin o futbolçuların millinin deyil, öz klublarının oyunlarına pul qoyuluşu etdiyini deyib. Lakin federasiya rəsmisi hansı səbəbdən onların adlarının "qara siyahı"ya salınmadığını açıqlamayıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10