Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

31 iyul 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, istəyirəm ki, mən də bir kitab yazım. Onsuz içərisinə baxan olmur ki, əsas odur ki, üz qabığı qəşəng olsun.
- Elə yaz ki, içi də qəşəng olsun da.
- O iş mənlik deyil ki. İcra başçıları nə qədər əndirabadi işlər görsə, nimdaş, pölüşkəmiş kadrları nə qədər əzizləsə, kitab o qədər maraqlı olur.
- Sən də yapışmısan elə başçılardan. Allahın “Gündəliy”ində bilirsən, nə qədər pul var? Bütün məktəb direktorları yığılıb köhnədən qalan 6 min manatı yığa bilmirlər.
- Əl-əli yuyar, əl də üzü. Əvəlki təhsil müdiri indiki müdir məktəb drektoru olanda onun zibillərin ört-basdır edirdi, inbiki müdirin də borcudur ki, onun zibillərini ört-basdır eləsin.
- Buna bənzər başqa xəbərlər də var.
- İndi sən belə-belə şeyləri faş eləməklə elə bilirsən ki, millət düzələcək. Bacı canı, özünə bekara əziyyət verirsən. Təkcə son aylarda baş verənlərə nəzər sal - Lerikdə torpaq sürüşdü, Lənkəran-da zəlzələ oldu, Cəlilabadda bir evə daş yağdı, yenə ayılmırıq.
Xaçmazda Allahın uzunqulağı insanların neçə illər onu minib çapmasına etiraz əlaməti olaraq çayxana qabağında bir nəfərə çumub, onu dişləyərək, insanlardan intiqamını alır, yenə həmin rayonda çaqqallar azad toplaşmaq hüququndan istifadə edərək kəndə yürüş edib, illərlə onların adından söyüş kimi (bax, çaqqal oğl çaqqal ) istifadə edən insanları bir–bir dişləyir. Amma biz, dövlətli evin gəlini kimi yelənə-yelənə gəzməkdən başqa bir iş bacarmırıq.
- Qiza, deyirlər ki, həmin eşşəyin başın kəsib Bakıya aparıblar.
- Bəs “eşşəyim ölüb, başı qızıldan” eşitməmisən. Amma bizdə nə qədər əjdahalar var, başları heç kimə lazım deyil.
- Bəlkə də buna görə məşhur filosoflardan biri deyir ki, hamının eşşək olduğu bir məkanda eşşək olmayanın özünü eşşəkdən də aşağı sayarlar.


İbn Sina : ”Nə etmək, eşşəklər cəmiyyətində
Eşşək olmayanı dinsiz sayırlar!”
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10