Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Son iki yüz ildə torpaqları paylaya-paylaya gəliriksə, bunun da günahı təhsilimizdədir"



“O, adam dünyanı Ağdaş boyda dərk etmiş olsaydı, inanırıq ki, belə hərəkət etməzdi...”

Yazıçı Seyran Səxavət açıqlamasında bir neçə gün öncə Ağdaşda kürəkəninin anasını qaçıran rayonun Kükəl kənd sakinin hərəkətini tənqid edib. Onun sözlərinə görə o, adamın bu cür addım atmasına səbəb təhsilsiz olmasıdır:

“Həyatda elə şeylər var ki, onlara münasibət bildirmək olmur, amma münasibət bildirməməyin özü də bir münasibətdir. Baş verən hadisə Allahlıq məsələdi. Desən ki, övladının qayınanasını harınladığı, qudurduğu üçün qaçırdıb, belə bir səbəb də yoxdur. Mənim həmişə vurğuladığım bir məsələ var, bu, təhsilimizin aşağı səviyyədə olmasıyla bağlıdır. Təhsil təkcə A və B hərfi öyrənmək deyil, təhsil milli şüur deməkdir və milli şüuru da tənzimləyən ən böyük sərrast alətdir. Əgər biz metronu işlədə bilmiriksə, rüşvət alırıqsa, bir-birimizə salamı gec veririksə, qarşı tərəf də məni bıçaqla vurursa, bunun da səbəbi təhsilsizlikdədir. Son iki yüz ildə bütün torpaqları paylaya-paylaya gəliriksə, qoruya bilmiriksə, bunun da günahı təhsilimizdədir. İki yerə parçalanıb bir-birimizi söyürüksə, hamısının günahı təhsilsizlikdədir. Mən belə bir hadisə eşitməmişdim. Əgər o, adam oxumuş, ziyalı, təhsilli adam olsaydı, dünyanı heç olmasa Ağdaş boyda dərk etmiş olsaydı, inanırıq ki, belə hərəkət etməzdi. Dərk etmək üçün də təhsil, dünyagörüşü lazımdı. Əgər bu olmazsa, bundan da betər hadisələrin şahidi olacağıq. 

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10