Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İran Trampın başına 80 milyon dollar mükafat qoydu - ŞOK müraciət



İranın dövlət televiziyası hər bir iranlını mükafat fonduna 1 dollar keçirməyə çağırdı

Britaniyanın “The Daily Mirror” saytı “en24”-ə istinadən xəbər verir ki, İranın dövlət televiziyası Qasım Süleymaninin matəm tədbiri ilə bağlı canlı yayın verib. İranın molla rejimi bu hadisədən təbliğat vasitəsi kimi yararlanmağa çalışır. Ölkədə Amerikaya qarşı ciddi təbliğat kampaniyası aparılır. 

İranın dövlət televiziyası bəyan edib ki, Amerika prezidenti Donlad Trampı öldürənə 80 milyon dollar mükafat veriləcək. Sui-qəsdi törədən şəxs bu mükafatı qəbul etməlidir. 

Mükafatın 80 milyon dollar olması da təsadüfi deyil. Çünki İranda 80 milyon insan yaşayır. Ona görə də bu mükafatı yığmaq üçün xüsusi fond yaradılmalıdır və hər bir iranlı o fonda 1 dollar ödəməlidir. 

Dövlət televiziyasında belə çağırışların səslənməsi Qərbdə ağlasığmaz hadisə kimi qarşılanıb. Adı çəkilən media orqanları sözügedən elanın mətnini də yayıblar.

Həmin mətni təqdim edirik.

 

https://www.en24.news/2020/01/propaganda-on-iranian-tv-80-million-bounty-on-donald-trump-politics-abroad.html

 

Videoya buradan bax.

 

Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10