Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İran fars xurafatını yayan molla qadınlar və Azərbaycanda din siyasəti...


Dəyərli dostlar, mən dinə qarşı olan birisi deyiləm. Din milli kimlik bilincini formalaştıran sistem yaradan ünsürlərdən biridir. Hər cür  Din  və fikir azadlıqlarına da sayğım var və şəxsiyyətin  din və vicdan azadlığına da sayğı ilə yanaşıram. 

Lakin mən Azərbaycanda hər gün yayılan yüksələn İranlılaşmış və farslaşmış xurafata qarşıyam. Azərbaycanda bütün yas yerlərində İran- fars milli xurafatları yayılmaqda, təbliğ olunmaqdadır. Azərbaycan kültürü İran kültürüdürmü?.. Milli mənəvi dəyər dediyiniz budurmu?.. Analarımız, qadınlarımız bilmədikləri bu fars xurafatlarını, İran ənənələrini din kimi mənimsəyib qəbul edirlər. Bunun necə təhlükəli olduğunu görmürsünüzmü...Bu yas yerlərində soydaşlarıma hayqırmaq istəyirəm ki, ay Salman Farsinin davamçıları, ay Banu Çiçəkdən  üz döndərən Fatmanisələr, əzizlərim Əhməd Ağaoğlunu oxuyun, Əli bəy Hüseynzadəni oxuyun, Oğuznaməni, Dədə Qorqudu oxuyun, özünüzə qayıdın, kimliyinizə qayıdın. İslamı  bu Həsən Səbbah ağlında olan  molla qadınlardan  yox, Yəsəvidən,  Fərabidən,  Hacı Bektaş Vəlidən, Hz. Əlidən, Cəmaləddin Əfqanidən öyrənin. Şiəni  Füzulidən, Şəms Təbrizidən öyrənin. Hədisi Aişədən, Tirmizidən öyrənin. Ay həqiqəti aramayıb xurafata inanmaqla millətinə zərbə vuran analar. Siz axı millətimizin analarısınız... 
  
Qərbi Azərbaycan türkləri  Bakıya Sumqayıta köçdükdən sonra öz türk mədəniyyətindən vaz keçərək sürətlə  iranlılaşdırılırlar, iran dəyərləri içində əriyirlər. Beləki yas yerlərində başda 1 qadın molla oturur, mikrafonla bağıraraq Fatimeyi Zəhradan,  Zeynəbdən, Hüseyndən, zeynalabdindən iranlılaşmış-farslaşmış mifik və uzun məziyyətlər dastanlar danışırlar. Adını da qoyurlar hədis. Sonra dini mərsiyələr söylənir və kütləvi şəkildə sinə döymələr başlanır....Şah Hüseyin, vah Hüseyn. O anda mən türkün sazının qırıldığını görürəm. Hamı dünyasını dəyişən mərhuma ağlayır, mən türkün halına ağlayıram, türkün qırılmış sazına ağlayıram. Bir elin, bir millətin necə bitdiyinə ağlayıram. Cahilliyimizə ağlayıram. Öz dəyərlərimizi qoyub düşmənlərimizin dəyərlərinə sarılaraq özgələştiyimizə ağlayıram. İran zindanlarında işğəncələrdən həlak olmuş gənclərimizə ağlayıram.
Qərbi Azərbaycanda, Göyçə və Qaraqoyunlu mahalında belə molla qadınlar və ənənələr yox idi. Göyçə mahalında şiyəlik də türkləşmişdi. Analar, Xalalar sıra ilə təmiz türk dilində bayatı çəkib ağlardılar. Yas yerlərində türk ənənələrini, dilini, kültürünü və ruhunu əstirərdilər. Türk ruhundan süzülmüş hüznlü bayatılar , qoşmalar, hoyratlar türk millətinin Ölüm , qalım, dünya, axirət haqqında dünyagörüşlərini simgələrdi...
Yas yeri deyib keçməyin. Yas da, toy da milli kültürün bir parçası. 
Təəssüf ki, Qərbi Azərbaycan türkləri bu gələnəklərini unudaraq sürətlə iranlılaşırlar. Bu molla qadınlar vasitəsilə İran dəyərləri və dini yas yerlərində türk analarımızın ruhuna və bilinc altına yeridilir. Qadınlarımız analarımız iranlılaşdırılır, farslaşdırılır. Heyyy, bu analar sabah Çengiz xanı, Qanuni Süleymanı, Atillanı və ya Sultan Toğrulu yox, Qasim Süleymanini  doğuracaqlar...

İran ruhumuzu işğal etməkdədir.  

Qərbi Azərbaycanlılar iki dəfə yenilmişlər. Torpaqlarını ermənilərə, türk mədəniyyətlərini isə İrana-Farsa. Heyf. Çox heyf.
Bu planın arxasında kim durur. Ucdantutma hamını şiələştirən iranlılaştıran dini idarələrimiz deyilmi. Bu şiə molla qadınları - İranın qadın batalyonları harda yetişdirilir harda qeydiyyata alınır. Onları xalqın içində fars xurafatını yaymağa göndərənlər kim...Qovun bu molla qadınları xeyrinizdən, şərinizdən.
Qərbi Azərbaycanlılar, nə yasınızda nə toyunuzda Türk mədəniyyətindən vaz keçməyin.
Əriməyin, İranlılaşmayın, Türklüyünüzə sarılın. Türklüyünüzü qoruyun ki, İrəvan mahalını əskisi kimi türkləşdirə biləsiniz.

Yasəmən Qaraqoyunlu, AMEA-nın elmi işçisi  /moderator.az/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10