Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Eşşək əti satıla və yeyilə bilər" - Baş Dövlət Baytarlıq Müfəttişi




“Eşşək əti zərərli ət deyil. Bizdə ənənəvi olaraq eşşək ətindən istifadə olunmur”.  

Cenub.az Demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

AQTA rəsmisinin sözlərinə görə, bəzi hallarda rast gəlinən neqativ hal ondan ibarətdir ki, eşşək, at əti və sairə ətlər öz adı ilə deyil, başqa adlarla təqdim olunur:

“Məsələn, mal əti adı ilə istehlakçılara satılması qanun pozuntusudur. Eşşək əti öz adı ilə müvafiq qaydada müayinələrdən keçsə, mənşəyi bilinsə və satışa təqdim olunsa, istehlak oluna bilər. Eşşək adı ilə at ətinin satılması hallarına bizdə rast gəlinməyib”.

Qalib Əbdüləliyev deyib ki, eşşək ətinin yeyilməsi Azərbaycan üçün xas ənənə deyil:

“Dünyanın bir çox ölkələrində eşşək əti mətbəxdə istifadə olunur və qida kimi qəbul edilir”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10