- Bax, dağ yeridir, onsuz da da bizi eşitmirlər. Bacın sənə bir təklif desin. Sənin üçün də bir ünvanlı yardım düzəldim, bu çəpərdən–zaddan yığış.
- Qıza, ünvanlı yardımın ünvanını, onu almalı olan şəxslərdən başqa hamı bilir.
- Çox qəliz danışdın e...
- Qəlizi, filanı yoxdur. Artıq həmin məsələni “qanun “ halına saldılar. Yəni həmin ünvanlı yardımın 1-ci ünvanı, deyilənə görə, nazir özüdür. Belə ki, hər “ünvanlı yardım “ əməliyyatından 1-ci “15 şirvan “ onunkudur, 2-ci 15 “şirvan” ətrafındakıların, qalanları da yerdəki tifillərin.
- Sən belə şeylərdən çox, bacı canı, istəyirsən uzunluğu 2-3 metr olan iynə , qıyıq götür, batır bunlara, oyanan deyil. Səni ruhdan salmaq istəmirəm e. Amma o toyda danışmaq üçün dava salan kişilərə balaca diktafonu uzadıb “qəzet üçün bir-iki kəlmə söylə”deyən kimi nitqləri batır. Aşkarlıqdan dovşan kimi qorxurlar.
- Qıza, elə onu-bunu günahlandırmaqla məşğulsan. Hara gedirsən, adamların lallığından, nə bilim aşkarlıqdan danışırsan. Sən bilən, onlar dəlidir ki, aşkarlıq eləyələr. Kişilər xərc çəkib, maya qoyub, yüz adam xahişçi göndərib vəzifə alıblar. İndi aşkarlıq eləsələr, o verdiklərinı necə çıxardacaqlar? Məsələn, 1 il öncə Masallıda Maliyyə Şöbəsinin qarşısına bəh-bəhlə metlax döşədilər. Neçə-neçə sahibkardan nə qədər pul qopartdılar. İndi onu söküb, təzəsini döşəyirlər. Guya bizi əzizləyiblər? Yox, ay bacı, metlax döşəməkdə olan pul heç nədə yoxdur. Cəlilabadda Əziz Əzizov Taleh Qaraşov döşəyən metlaxları tarmar elədi. Lənkaranda Süleyman Mikayılov Zeynal Nağdəliyevin Heydər Əliyev meydanına düzdüyü betonları yerlə-yeksan elətdirdi. Bizim generalın giriş qapılarının da taleyini gördün də.
... Deyəsən, nə isə demək istəyirsən ?
- Demək istəyirəm ki, Zeynal müəllim bir dənə meydanı büzəltdirə bilmirdisə, onun vəzifəsini böyüdüb, niyə prezident aparatına şöbə müdiri verdilər? Yaxud bizim keçmiş başçı, general ...
- Saxla, başa düşdük. Bu bir siyasətdir. Təzə başçılar deyir ki, qardaş, sən o cürə yemisən, icazə ver mən də söküm, bu cürə yeyim.
- Yaxşı, birdən səni icra başçısı qoysalar, haranı sökdurəcəksən?
- Mən qəbrastanlığın yerini qaralamışam. Bilirsən orda, təpənin
üstündə nə zor istirahət yeri duzəltmək olar?
- Camaat səni didər e.
- Ay avam, bir–iki ağsaqqal, 4-5 ziyalı (bizi izləyənlərdən), sonra da 3 manat pul, bir kəllə qənd...
Bizim xalq çox mədənidir. Rəhbərlər onu minib çapsa da, dillənən deyillər.
Zahir Əmənov
-