Ölkə qəzetlərinin yaydığı xəbərə görə Milli Məclisin sədri Oqtay Əsədov Bakı Soyuducu Zavodunu alıb . Spikerin göstərişi ilə zavodun direktoru Rafiq Əliyev vəzifəsindən azad edilərək, həmin vəzifəyə Masallının Təzəkənd kəndindən olan, ötən seçkilərdə 71 saylı Masallı seçki dairəsindən millət vəkilliyinə namizəd Mirəkbər Şükürov təyin edilib.
Bizdə deputat olmaq və işləmək nə qədər çətindirsə, deputatlığa namizəd olub, adam kimi uduzmaq bir o qədər müsibətdir. Təkcə cənub bölgəsində sona qədər vuruşan deputatlığa namizədlərin taleyi hamınıza məlumdur. Lənkəranda Cabir Dadaşovu necə dolaşdırıb həbs etdilərsə, icra başçıları ilə davası yaddan çıxıb. Masallıda, 69 saylı seçki dairəsindən namizədliyini irəli sürən, əsas və təkrar seçkilərdə bəs deyincə səs yığan Elcin Əhmədova vergiçilərin əli ilə necə “toy” tutublarsa, Milli Qəhrəmanın qardaşı, şəhid ailəsi olmasına baxmayaraq qardaşı ilə özünü bir gündə həbsə aldılar. Canım sənə desin , namizədlərdən Lənkəranlı Baloğlan Mirzəyevdən rəhbərlik etdiyi “Lənkəran TV-ni necə alıb “kiçik torpağ “ın nümayəndəsinə verdilərsə, Baloğlan müəllim heç Lənkaranda qalmadı.
Daha kimi deyim? 70 saylı dairədən namizəd, elmlər doktoru Böyükxan müəllimi “xeyriyyəçiliklə şərlətdirib, infarkt etdilər, dünyasını dəyişdi. 71 saylı dairədən namizəd olan Adəm Nüsrətovdan sanatoriyasını aldılar .
Mirəkbər müəllim, bu, uzun siyahını ona gorə sadaladım ki, keçmiş namizəd kimi , bu vurha–vurdan salamat çıxdınsa və soyuducular zavodunun direktoru kimi posta sahib oldunsa, vallah, zirək oğlansan.
Hamı səni yaxşı oğlan və biznesmen kimi tanıyır. Siyasətə qoşulmaqla işləri dolaşdırdın. Düzü, derektor olmağına nə qədər sevindimsə, deputatlığa namizədliyinə o qədər gülmüşdüm.
Hamı bilir ki, sən Masallının Təzəkənd kəndindənsən. Burada da hamı quş ovu ilə məşğuldur. Yəni, “durna “ nı gözündən vururlar . Nə işin var idi parlamentdə? O parlament kimə vəfa qılıb ki? Hüseyn Abdullayevdən bərk gedəni yox idi – Novruz bayramından başına torba keçirdib, saldılar dama. Başqa deputat, Baba Tağıyev “Avropa qapıları” ilə neçə ölkəyə qapı açmışdı. İndi “qapılarını “ elə bağlayıblar ki, heç ofisinin qapısını aça bilmir. Tutaq ki, siz də olaydınız deputat. Gah onun üzünə durduracaqdılar, gah bunun. Siz də ağır seyid, razılaşmayacaqdınız, başlayacaqdılar sizin üçün tor hörməyə. Sevin, qurban kəs ki, parlamentdən yan keçdin. Millət vəkilliyi gəldi–gedərdi, soyuducu isə həmişə lazımdır. Nəzərə alsaq ki, qarşıda qlobal istiləşmə gəlir, soyu-ducuya lap çox ehtiyac olacaq.
Parlamentdə elə-belə deputat olunca, parlamentin sədri ilə dost olmaq min dəfə sərfəlidir. Qoy o vaxt sənə ədəbxana tikdirib, hasar aldırıb, amma sənə səs verməyənlər yana–yana qalsınlar.
Təzə vəzifən mübarək, sağ–salamat işlə, amma bir də deputat–filan olmaq fikirinə düşmə.
Zahir Əmənov