Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cadu pozmaq adı ilə dələduzluq edən FHN-in keçmiş əməkdaşı barədə QƏRAR VERİLDİ



Məhkəmə rüşvətə görə həbs edilən Fövqəlada Hallar Nazirliyinin keçmiş əməkdaşı ilə bağlı qərar verib.

Cenub.az oxu.az-a istinadla xəbər verir ki, Bakıda dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Bağırov səkkiz il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, Fövqəladə Hallar Nazirliyində (FHN) inspektor işləyən İbrahim Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək, vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib.

İbrahim Bağırov Qaratel Əhmədova və onun qohumlarından müxtəlif adlarla, o cümlədən, cadu pozmaq adı ilə pul və qızıl əşyaları alaraq, dələduzluq etməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10