- Sən bilirsən ki, mən heç nəyi elə-belə demirəm. Yəni mənim də 2 böyrəyim var idi, birini kəsdilər, amma yenə 2-si qalıb.
- Qıza, adam dilində danış, görüm nə deyirsən ?
- Günlərin bir günü böyrəyim başladı “mitinq “ eləməyə. Gördüm işim xarabdır, getdim özəl cərrahiyyə şöbəsinə. Bir az ora-buranı qurdalayıb dedilər ki, böyrəyin zay olub, biri kəsilməlidir. Cəmi 600 dollar xərci var. Əlacım nədir, razılaşdım.
- İndi nə olsun ki ?
- O olsun ki, əməliyyatdan sonra o kəsilən böyrəyi xonçada gətirib qohumlarımıza göstəriblər, hələ əlavə xələt də alıblar.
- İndi buna görə deyinirsən?
- Qıza, bir səbrini bas də, 3-4 gündən sonra gördüm ki, ölürəm e. Dedilər, səndə yoluxucu xəstəlik var, tələsik xəstəxananı tərk etməlisən. Çıxdıq. Evdəkilər gördülər ki, yox e ... əldən gedirəm. Gətirdilər məni Bakıya. Həkimlər nə desələr yaxşıdır? Sən demə, məni əməliyyat etsələr də , böyrəyi–filanı kəsməyiblər Allah bilir, hansı ölünün böyrəyini bizimkilərə göstəriblər. İnanmadıq. 2-3 başqa həkimin də yanına getdik. Hamı dedi, bacı sənin böyrəyin–filanın kəsilməyib.
- Bəs gəlib onların ciyərini çıxartmadın?
- Bunların pulunu alanda elə canları çıxır da. Daha baş həkim, yalandan böyrək kəsən Alyoşa ilə o qədər ilan dili çıxartdı ki, yazığım gəldi, pulumu ikiqat alıb lal oldum.
- Yəni, bizdə doğurdan belə vicdansız, pula görə şərəfsiz yol tutanlar var?
- Bu vucda –zad məsələsinə mən baxmıram. Vicdana qalsa, elə vicdanlı adamlardan da misal çəkə bilərəm.
- Yəni elələri qalıb ?
- Bax bizim başçımız var, ha. Bilirsən, nə vicdanlı, gözütox adamdır? Bizim 41-45 müharibəsinin abidəsi var e. Neçə dəfə başçılar oranın ətrafını işğal edir, sonra naməlum əsgərlər oranı “azad edir“, dükanları ”sökdürür“, sonra başçılar həmin yeri təzədən onlara satırlar. İndi buradan torpaqlar təzədən satılıb, çaşdım e, bağışlanıb. Axı, başçı pul göturmur. Hacılardan biri 20 min dollar verib, götürməyib, hətta əmioğlular 15 min dollarla... qısası , daha kim pul gətiribsə, deyib mən namuslu adamam, haram pul götürmərəm. Uzağı elə o pulu aparıb verin layihə haqqı. O qədər halal adamdır ki, hətta bütün ərzağı, içdiyi soku da Bakıdan, xüsusi firmadan gətizdirir.
- Yaxşı adamlar var da. Yayda 2 məktəbimiz “generalnı” təmir olundu ha. O vaxt xalqa xeyir vermək üçün o qədər şişirdilmiş rəqəmlər yazdılar ki, rayona gələn yoxlamalar şkaturu 3 qat, rəngləməni 4 qat, digər təmir işlərini 5 qat hesablayıblar, yenə bu məqsəd üçün ayrılan pul yarı olmayıb.
Bu nədir ki, müəllim var 12 ildir ki, məktəbə getmir, heç uşaqlar onu tanımır, amma hər ay əmək haqqı alır.
- Elə şey olar?
- İnanmırsan, Asif Abbaszadədən soruş.
- Qıza, adamın böyrəyindən çörək çıxardanlar, belə-belə şeylərə nə baxırlar.
Zahir Əmənov