Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Mənə əxlaqsız təkliflər edib...”- Keçmiş aparıcıdan Trampla bağlı şok açıqlama...




Dünyanı bir təlimatıyla müharibə həddinə çatdıran ABŞ prezidenti Donald Trampla bağlı keçmiş aparıcının dedikləri medianın gündəmini zəbt edib.

Cenub.az xəbər verir ki, Amerikanın “Fox News” telekanalının keçmiş aparıcısı Kortney Friel Trampın ona təvavüz etmək istədiyini iddia edib. Bir vaxt “Fox anf Friends” proqramının aparıcısı olan 39 yaşlı Friel, Trampın prezident olmadan öncə ona qarşı əxlaqsız təkliflər etdiyini bildirib.

İddiaya görə Friel Trampın “Miss USA” gözəllik yarışmasında jüri olmaq istədiyindən bəhs edib və həftələr sonra Trampdan bir təklif alıb. Tramp Frielə belə bir mesaj yazıb:

“Bir müddət mənim ofisimə gəlməlisən və biz beləcə öpüşə bilərik”.

Qeyd edək ki, aparıcı bu haqda gələn həftə satışa çıxacaq kitabında yazıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10