Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar



Ermənistan 2019-cu ilin yanvar-avqust aylarında Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli metal satıb.

Cenub.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “FinExpertiza” audit-konsaltinq şirkətinin analitika şöbəsi hesabat yayıb.

 

“Bu ilin 8 ayında Ermənistandan Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli daşlar ixrac olunub. Son 3 ildə bu göstərici üzrə lider olan Çindən isə cəmi 61,8 milyon dollar dəyərində qiymətli metal ölkəyə idxal olunub”.

 

Ermənistanın Rusiyaya satdığı qiymətli daşların 33,2 milyon dollarını almaz təşkil edib. Qalan 95,9 milyon dollarlıq qiymətli metallar arasında qızıl 80 milyon dollar çatır. Həmin qızılın Erməniostan rəhbərliyi tərəfindən Azərbaycanın işğal alıtndakı Kəlbəcər rayonu ərazisindən qanunsuz çıxarıldığı məlumdur.

Kəlbəcərin Söyüdlü-Zod, Ağduzdağ və Tutxun qızıl yataqlarını istismar edən ermənilər hər il Rusiyaya on milyonlarla dollar dəyərində qızıl sataraq, böyük gəlir əldə edir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10