- Hərdən fikirləşirdim ki, bizim özgələrdən fərqimiz nədir? Düşündüm- daşındın, axır ki, tapdım. Özgələr klassiklərini abidələşdirir, balaca bir köhnə baş tapan kimi, üstünə qəribəcürə bir yazı yazıb, qədimliklərinin sübutuna çalışırlar. Biz isə abidələrimizi bərpa etmək əvəzinə, dağıdar, oğurlatdırır, qalaların daşın-torpağın maşın–maşın satdırır, amma əvəzində müdirləri, məmurları daşlaşdırırlar, abidələşdiririk. İndi bizdə müdirlər var ki, az qalsın 30 ildir həmin postdadır.
- Bunun nəyi pisdir ki? Bir var təzə müdir gələ - başlaya özünə təzə mülk tikməyə, Bakıda villa, təzə arvad almağa, özlərinə kommersiya şəbəkəsi qurmağa, köhnə maşınlarını daha “bərkgedən” maşınlarla əvəzləməyə - bu da xeyli xərc tələb edir. Amma qədimi, daşlaşmış, “abidələşmiş” müdirlər bu problemləri çoxdan həll edib. İndi onların nəvə-nəticələrinin də adına hər cür mülk, maşın və sair var. Bircə qalır xalq üçün işləmək. Onu da imkan versələr, 5-10 il də bu vəzəfədə saxlasalar, birtəhər icra edərlər.
- Yəni bunlar belə əvəzolunmazdır?
- Qıza, eşitməmisən ki, əvəzolunmaz adam yoxdur. Elə bunların da işdən çıxmaqları ilə adlarının məxmər dəftərdən, çİb dəftərinə düşməkləri bir olur. Xəyalına gətir, neçə-neçə “küçə mənə dar gəlir” deyən oğlanları. Möhürü təhvil verəndən bir həftə sonra elə bil belə adam yox imiş. Uzağa niyə gedirsən e, elə son 10 ildə rayona rəhbərlk edən başçıların yadına sal - nə gorları bilinir, nə kəfənləri. Qədimdə deyərdilər ki, oğul odur atdan düşə atlana, yəni daha yüksəyə tullana. Amma indi bizdə işdən çıxanlar özlərinə elə miskin keçmiş qoyurlar ki, heç adam içinə çıxmağa üzləri olmur.
- Bəs onların bu qədər vəzifədə qala bilməsinə səbəbləri nədir?
- Bizdə adamdan iş tələb etmirlər ki. Sadəcə bütün vasitələrdən istifadə edərək yaxşı pul toplamağı bacar, səndən aşağıları qapmaq, alçaltmaq, səndən yuxarılara nökərçilik etmək elminə mükəmməl yiyələn, qaşınmayan yerdən sərvət çıxartmağın ustası ol - vəssalam, ömrünün axırına kimi həmin vəzifədə qalacaqsan. Bizdə bütün yollar puldan və yaltaqlıqdan keçir. Əsas da odur ki, sınağı bacarasan. Yuxarıların hər il dəyişib artan iştahalarına uyğun məbləği yığa bilərsən. Bərkə düşən kimi, “Pul desən, məndə, qudurğanlıq, yaltaqlıq məndə, istənilən saxtakarlığa da hazıram. Sizə özgə nə lazımdır?” Təzə gələn bunları öyrənənə qədər, iş işdən keçər.
- Deyirəm, axı 6 aydır bir dənə də icra başçısını niyə dəyişmirlər?
Zahir əmənov