Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vanqanın 2020-ci il proqnozu: Putinə qəsd, Trampa isə...



Qarşıdan 2020-ci il gəlir və dünyaca məşhur baxıcı Vanqanın bu illə bağlı nələr dediyi hamını maraqlandırır.

Cenub.az Axar.az-a istinadən xəbər verir ki, Rusiya mediası məşhur baxıcının 2020-ci illə bağlı verdiyi proqnozları yayıb.

2020-ci illə bağlı verdiyi proqnozlarında Vanqa bildirib ki, bu il Alyaska, Yaponiya, Çin və Pakistanda dəhşətli sunami baş verəcək. Bu hadisə böyük itki və dağıntılara səbəb olacaq. Daha sonra isə Asiyanın bu bölgəsini Rixter cədvəli üzrə 8 bala qədər zəlzələ gözləyir.

Vanqanun proqnozlarına inansaq, Britaniya Avropa Birliyindən çıxdıqdan sonra ciddi iqtisadi böhranla üzləşəcək. Bundan əlavə, Qərbi Avropa dini və etnik zəmində qarşıdurmalarla sarsılacaq, bu, AB-nin dağılmasının başlanğıcı olacaq.

Proqnoza görə, ABŞ Prezidenti Donald Tramp eşitmə problemi ilə bağlı qəribə bir xəstəliyə tutulacaq. Rusiya Prezidenti Putinə isə 2020-ci ildə daha bir sui-qəsd cəhdi olacağı gözlənilir.

Gələn il bütün dünyanı ciddi bir iqtisadi böhran bürüyəcək. Böhrandan ən uğurlu Rusiya çıxacaq. Vanqa Rusiyanın beynəlxalq aləmdəki mövqeyini gücləndirəcəyini və 2020-ci ildə hətta Moskva ilə Kiyev arasında çoxdan gözlənilən yaxınlaşmanın olacağını da proqnozlaşdırıb.

Xüsusi olaraq xatırladaq ki, Vanqanın proqnozları bir qədər simvolik xarakter daşıyır və o konkret adlar deyil, istiqamətlər verərək danışdığından proqnozları yanlış yozulur. Məsələn, Vanqanın proqnozlarının birində Kurskun su altında qalacağı qeyd edilmişdi. Hər kəs bunu Kursk şəhərinin su altında qalacağı kimi təxmin etsə də, sonradan Rusiyanın məşhur sualtı gəmisi “Kursk”da faciə yaşanmış, gəminin bütün ekipaj üzvü həlak






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10