Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Araz Ağalarovun Rusiyadakı pensiyaçılara yazığı gəldi - Bəs bizimkilər?..


Milyarder həmyerlimizin bizim oliqarx məmurların qazancı ilə müqayisədə aşağı təbəqənin vəziyyəti və s. haqda suallara cavabı da maraqlı olardı...




Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx, “Crocus Group” şirkətinin sahibi Araz Ağalarov Rusiyada maaşların və pensiyaların azlığından dəhşətə gəldiyini bildirib və bunun ölkə iqtisadiyyatı üçün pis nəticələr verəcəyindən şikayətlənib.

Rusiya mediası xəbər verir ki, milyarder  bu haqda “Forbes” jurnalına müsahibəsində ölkə iqtisadiyyatını və biznesini 2020-ci ildə nələrin gözləməsi barədə suala cavab verərkən danışıb. 

“Bu gün Rusiyada orta aylıq pensiya 200 dollar həndəvərindədir, bəzilərində bundan da aşağıdır, orta aylıq əmək haqqı ilə bağlı da vəziyyət yaxşı deyil”,-deyən Ağalarov vətəndaşların gəlirlərinin belə aşağı səviyyəsində ölkədə ÜDM-in əhəmiyyətli artımına nail olmağın mümkünsüzlüyünü dilə gətirib.
İş adamı bunu  istehsal olunan malları satmağa istehlakçının az olmasıyla izah edib.

Rusiyada vergi inzibatçılığının yaxşı işlədiyini bildirən milyarder deyib ki, vergi yığımı artır, amma vergilər özü kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, əgər əvvəllər vergilərin artmasını vergi ödənişlərindən qismən yayınmaqla kompensasiya etmək mümkün olurdusa, indi bu, “demək olar, mümkün deyil”.

“2020-ci  ildə hamı başa düşəcək ki, indiki vergi səviyyəsini saxlamaq mümkün deyil və nəsə etmək lazımdır. Və buna nə qədər tez diqqət yetirsələr, o qədər yaxşı olardı”- deyə Azərbaycan əsilli oliqarx vurğulayıb. 

P.S. Azərbaycanda on illərdir böyük işlər görən milyarder həmyerlimizin ölkəmizin yalnız neft-qazdan gəlirləri və bizim hakim zümrənin, oliqarx məmurların aylıq qazancı, maşınları, villaları, xaricdəki, ofşorlardakı hesabları ilə müqayisədə pensiyaçıların vəziyyəti,  müəllimlərin, həkimlərin,  almlərin, jurnalistlərin  və s. orta aylıq maaşının səviyyəsi və s. barədəki . suallara cavabı da maraqlı olardı...
moderator





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10