Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranlı generalın öldürülməsi Trampın tapşırığı olub - Pentaqondan AÇIQLAMA



Pentaqon İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Cenub.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Pentaqondan bildiriblər ki, İraqın paytaxtı Bağdadda iranlı generalın öldürülməsi ilə əlaqədar əməliyyat ölkə prezidentinin sərəncamı ilə həyata keçirilib.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub. Əlavə edilir ki, ABŞ bölgədəki maraqlarını qorumağa davam edəcək.

XXX

06:17

ABŞ Bağdadda “İranla əlaqəli iki hədəfə” zərbələr endirdiyini təsdiq edib.

Cenub.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, bu barədə “Reuters” agentliyinə amerikalı rəsmilər bildirib.

Xatırladaq ki, daha əvvəl İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub. 3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.

“Al Arabiya”, “Al Jazeera” və “Sky News” telekanallarının məlumatına əsasən, ölənlər arasında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani də olub.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10