Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Çoxsaylı cərimələr kütləvi sosial narazılığıa gətirib çıxara bilər" - XƏBƏRDARLIQ



"Daşınmaz əmlakın icbari sığortası haqqında" qanunun tətbiqinə moratorium qoyulmalı və ya onun icrası dayandırılmaldır.

Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığıa gətirib çıxara bilər.

Azərbaycanda 2011-ci il iyulun 24-də qəbul edilən "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanun dünəndən tətbiq olunmağa başlayıb. Qanuna görə, üzərində hüquqların dövlət qeydiyyatı aparılan bütün növ daşınmaz əmlak məcburi surətdə sığorta olunmalıdır. Bir illik İcbari sığorta haqqı sahəsindən asılı olmayaraq bütün növ daşınmaz əmlak üçün Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində 30 manat müəyyənləşdirilib.
İnzibati Xətalar Məcəlləsinə (469.1-ci maddə) əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə 30 manat təşkil edir. Cərimə edildikdən 2 gün sonra o, daşınmaz əmlakı sığortalamasa, yenidən və hər 20 gündən bir eyni məbləğdə cərimə olunacaq.
Hazırda 22 sığorta və təkrarsığorta şirkətini fəaliyyət göstərir. Ölkədə 2019-cu ilin oktyabr ayının 1-ə olan məlumata görə, mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 2051330-a çatır. Bu isə o deməkdir ki, daşınmaz əmlakın sığortası bütün şirkətlər üzrə bərabər paylanarsa hər bir şirkətə orta hesabla 93242 sığorta müqaviləsi imzalamaq lazımdır. Qısa zaman ərzində bu qədər müqaviləni imzalamaq üçün infrastruktura və işçi potensialına malik olmayan sığorta şirkətlərinin ləng fəaliyyəti ucbatından əhalini davamlı cərimələr gözləyə bilər. Kütləvi cərimələnmə hallarının qarşısını almaq üçün sığorta müqaviləsinin on-line müraciət sistemi yaradılmalı, internet üzərindən həyata keçriilən sifarişlər qısa zamanda icra olunmaqla daşınmaz əmlakın icbari sığortasına dair şirkətlər tərəfindən imzalanan müqaviələr qarşı tərəfə poçt vasitəsilə çatdırıkmalıdır. Odur ki, təklif edirəm ki, bu sistem qurulana qədər "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanunun tətbiqinə moratorium qoyulsun və ya təxirə salınsın. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığıa gətirib çıxara bilər.
Çünki, şirkətlərin korporativ maraqlarını təmin edən bu qanun qısa bir zamanda ev təsərrüfatlarının xərclərini 80 milyon manatdan çox artıra bilər.

Qubad Ibadoğlu, ADR Hərəkatınnın rəhbəri, İqtisadçı alim





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10