Tanınmış rus publisisti və politoloqu Aleksandr Nevzorov yanvarın 1-də axşam qarşıdakı 2020-ci ildə Rusiyadakı vəziyyətlə bağlı qaranlıq, bədbin bir proqnoz verib.
Rusiya mediasının verdiyi xəbərdə belə deyilir.
"Fahişələr, əlbəttə ki, Rusiyada XVII əsrdən bəri həmişə ağıllıdırlar. Ancaq ağıla sahib olmaq xeyir deyil, ağırlaşdırıcı bir haldır. Və budur fahişə və inkvizatorlar (orta əsrlərdə katolik kilsənin “kafir” elan edilmiş alimlərə , ziyalılara və s. qarşı yönəlmiş işgəncə məhkəmələri, cəlladlar- S.L.) arasında didişmə başlanıb. Fahişələr artıq Rusiya üçün kölə doğurmağı dayandırmağı təklif edirlər. Amma inkvizatorlar daha 10-15 milyon kölə doğurmağın çox faydalı olacağını israr edirlər. Onsuz da indiyədək doğulmuş qullar bu perspektivdən acıqlıdırlar, depresiyaya düşüblər və cəlladların arzusunu açıq şəkildə bəyənmirlər. İndi mən izah edəcəm. Abortun faydaları və kölələrin sayının azalması ilə bağlı şərh Vodonayeva adlı fahişə peşəsinə sahib bir gözəl qadına aiddir. Daha çox qul dünyaya gətirməyin zəruriliyi haqda deklarasiyasının müəllifi isə bir dazbaş, hindupərəst keşişdir. Mən onun adını həmişə unuduram - ya Obloxastin, ya da başqa bir şəkildə... ” - deyə Nevzorov" Exo Moskvı” radiostansiyasına verdiyi müsahibəsində söyləyib.
moderator