Mahmud Əhmədinejat: “O, insanlara kömək edəcək, haqsızlığa son qoyacaq və istəklərimizi reallaşdıracaq”
“İsa Peyğəmbərin xəbər verdiyi İmam Mehdi, insanlara kömək, ədalətsizliyə son qoymaq və istəklərimizi həyata keçirmək üçün 2020-ci ildə zühur edəcək”.
Cenub.az ayna.az-a istinadən xəbər verir ki, bunu İranın sabiq Prezidenti Mahmud Əhmədinejat öz “Twitter” hesabında paylaşıb.
“Ümid edirəm ki, 2020-ci ildə həyatımızda İsa Məsihin təlimlərini tətbiq etməyi öyrənəcəyik. Bu il İsa Məsih tərəfindən dəstəklənən İmam Mehdi gələcək və insanlara kömək edəcək, haqsızlığa son qoyacaq və istəklərimizi reallaşdıracaq. Allaha əmanət olun”, - deyə o yazıb.
Keçmiş Prezdient qeyd edib ki, İran xalqının artıq bir olmaq vaxtıdır: “Siyasət və din rəhbərlərimiz, indiki və gələcək nəsillərə humanist bir dünya təqdim etmək üçün mübarizə aparanlara dəstək verməlidir”.