20 milyon dollarlıq rəsm əsəri naməlum şəxs tərəfindən hücuma məruz qalıb
Məşhur rəssam Pablo Pikassonun milyon dollar dəyərində olan rəsm əsəri bir nəfər tərəfindən qəsədən cırılıb. Xarici mətbuat xəbər verir ki, “Tate” Müasir İncəsənət Qalereyasında “Bir qadının büstü” adlı rəsm əsəri 20 yaşlı gəncin hücumuna məruz qalıb.
Bundan sonra təxminəm 20 milyon dəyərində olan əsərdə cırıqlar meydana gəlib.
Qalereya işçiləri zərərin hesablanması üçün rəsm əsərini sərgidən çıxarmağı qərarı alıblar. Lakin dəymiş zərər haqqında daha ətraflı məlumat verilməyib.
Qeyd edək ki, gənc təcavüzkarın 30 yanvarda keçiriləcək ilk məhkəmə iclasına qədər həbsdə qalması qərara alınıb.
ayna.az