Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Polis arvadını döyən kişini güllələdi


Rusiya Federasiyasının Sverdlov əyalətində ailə münaqişəsi ilə bağlı şikayət əsasında evə gələn polis əməkdaşı bir nəfəri güllələyib. Bu barədə “İnterfaks” məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kamışlov şəhər sakini dekabrın 31-də polisə ərinin onu döyməsi ilə bağlı ərizə ilə müraciət edib. Hadisə yerinə gələn polis orqanları əməkdaşlarını sərxoş ər qarşılayıb. Sərxoş kişi əlindəki dəmir alətlə polisi hədələyib.

Qeyd olunur ki, polis işçisi kişiyə atəş açacağı ilə bağlı xəbərdarlıq edib. Hətta o, havaya xəbərdaredici atəş də açıb. Lakin bu, kişini saxlamayıb. Polis məcburiyyət qarşısında kişiyə atəş açmalı olub. Yaralını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.(oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10