İstanbulda müayinə zamanı pasientinin bakirəliyini pozan həkimlə bağlı araşdırmaya başlanılıb.
Cenub.az Moderator.az-a istinadən xəbər verir ki, həkimin bir il müddətinə həbs edilməsi tələb edilir. N.E. adlı qadının bakirəliyini pozan professor Ebru D. xəstəni əməliyyat etməyi qəbul edib. Lakin əməliyyat üçün xəstədən pul istəyən həkimə qarşı N.E. adlı zərərçəkmiş məhkəməyə müraciət edib. Şikayətçi qadın həkimin bir il həbs edilməsini tələb edib.
Məhkəmə hadisəylə bağlı ehtiyatsızlıqdan xəstənin bakirəliyini pozduğuna görə kifayət qədər dəlillər olduğu üçün araşdırmaya başlayıb. Bir neçə gün sonra həkim hakim qarşısına çıxarılacaq.