Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Özbəkistan Xüsusi İzləmə Siyahısına daxil edilməsini şərh etdi


Özbəkistanın Dini İşlər Komitəsi ABŞ Dövlət Departamentinin Özbəkistana Xüsusi İzləmə Siyahısına daxil olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Cenub.az konkret.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosuna istinadən Komitənin açıqlamasını təqdim edir:
“Bildiyimiz kimi, son vaxtlar mediada və İnternetdə ABŞ Dövlət Departamentinin Özbəkistanı Xüsusi İzləmə Siyahısına salması barədə məlumatlar yayıldı və bu xəbərin məzmunu çoxumuzun çaşqınlığına səbəb olub. Daha dəqiq desək, bu fikrə səbəb olub ki, Özbəkistan yenidən “qara siyahı”ya salınıb. Hazırlanmış bəyanatla baş verənlərin həqiqi izahını vermək istəyirik”.
Açıqlamada daha sonra vurğulanır ki, 11 dekabr 2018-ci ildə ABŞ dövlət katibi Maykl Pompeo Özbəkistanın dini etiqad azadlığının təmin edilməsində qazandığı nəticələri yüksək qiymətləndirib, ölkəmizin “Dini etiqad sahəsində xüsusi narahatlıq doğuran ölkələrin siyahısı” ndan çıxarılmasının vacibliyini elan edib. Qeyd edək ki, Özbəkistan 2006-cı ildən bu siyahıdadır. Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanda həyata keçirilən genişmiqyaslı islahatlar sayəsində, 12 il sonra ölkəmiz bu siyahıdan çıxarılaraq Xüsusi İzləmə siyahısına verilib.
Dini İşlər Komitəsi Mirziyoyevin dövründə ölkədə din sahəsində baş verən dəyişiklikləri sadalayıb:
– Son illərdə cinayət törədənlərin əfv olunması haqqında 8 Fərman qəbul edilib, 4 mindən çox insan azadlıqdan məhrumetmə yerlərindən azad edilib;
– Qaraqalpaqstanın Jasliq kəndində yerləşən “Jasliq” ixtisaslaşdırılmış cəzaçəkmə koloniyası bağlanıb;
– 2019-cu ildə “Mehr-1” və “Mehr-2” humanitar aksiyaları uğurla həyata keçirilib və 261 nəfər, əsasən qadın və uşaqlar Yaxın Şərq və Əfqanıstandakı hərbi əməliyyatlar ərazilərindən Özbəkistana qaytarılıb. Hökumət geri qayıdan həmvətənlərinə bu gün də tibbi, psixoloji, maddi və mənəvi yardım göstərir. Onların dinc həyata qayıtması, həmçinin təhsil və sosial proqramlarda fəal iştirak etmələri üçün lazımi şərait yaradılıb və onların iş və mənzillə təmin olunması üçün mühüm tədbirlər görülüb;
– Ekstremist qruplaşmalarda iştirak edən 20 mindən çox vətəndaş “xüsusi hesab”dan çıxarıldı, bu cür “qara siyahı”ların daha da saxlanılması praktikasına son verilib;
– Təkcə 2019-cu ildə 10 məscid və 8 kilsə qeydiyyata alınıb;
– Özbəkistan Respublikası Prezidentinin “Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini İşlər Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanı əsasında Dini İşlər üzrə Şuranın yenilənmiş tərkibi təsdiq edilib. İclasları davamlı olaraq keçirilən Şuraya ölkəmizdə qeydiyyata alınmış bütün dini konfessiyaların nümayəndələri daxildir;
– Ümrə ziyarətinə kvota (məhdudiyyət) ləğv edilib. Hər gün təxminən 500 soydaşımız Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gedir;
– İslamı dərindən öyrənmək və elmi əsaslarını beynəlxalq tələblər əsasında öyrətmək üçün Özbəkistan Beynəlxalq İslam Akademiyası yaradılıb;
– Buxara bölgəsindəki Mir-Ərəb Ali Mədrəsəsi və Səmərqənd bölgəsindəki Hədis Tədqiqatları Məktəbi fəaliyyətə başlayıb. Nəticədə Özbəkistanda Daşkənd İslam İnstitutu ilə birlikdə üç ali dini təhsil müəssisəsi yaranıb;
– Özbəkistan müsəlmanlarının maddi ibadətlərini qarşılamaq üçün xüsusi olaraq Xeyriyyə Fondu yaradılıb.
ÖzbəkistandA İslam Sivilizasiyası Mərkəzi, İmam Buxari və İmam Termizinin Beynəlxalq Tədqiqat Mərkəzləri də təşkil olunur.
Komitə dini təhsil sahəsində islahatlarI dayandırmayacaq, əksinə, Özbəkistanın daha da inkişaf etdirilməsi üçün seçilmiş kursa uyğun olaraq bu istiqamət intensiv şəkildə davam etdiriləcək.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10