Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Millimizin qapıçısı seçim qarşısında - Erməni ilə işləyəcəkmi?


Qazaxıstanın “Tobol“” futbol komandasına yeni baş məşqçi təyin olunub. Nə qədərə təəccüblü olsa da, komandanın baş məşqçisi ermənidir.

Xatırladaq ki, hazırda Azərbaycan Millisinin qapıçısı olan Emil Balayev də məhz bu komandanın əsas qapıçısıdır. Amma yeni baş məşqçi komandaya başqa qapıçı - İqor Şatskini dəvət edib. 

Qazaxıstanın “Prosports.kz” nəşri yazır ki, Azərbaycan mediası və futbol ictimaiyyəti erməni baş məşqçiyə görə Emil Balayevə təzyiqlər edərək onun komandadan çıxmasını istəyirlər. Nəşr buna misal kimi futbol mütəxəssisi Ağasəlim Mircavadovun açıqlaçasını göstərir.

Qeyd edək ki, Mircavadov açıqlamasında, “birdən bu məşqçi sırf erməni kimi həkət etsə? Erməni məşqçi siyasətə qarışarsa, onda Balayev heyətdən çıxa bilər”, - deyə bildirib.

Oxşar açıqlamanı Azərbaycan yığmasının qapıçı məşqçisi Dmitri Kramarenko da verib:

“Mən Emilə dərhal baş məşqçi ilə görüşməyi və gələcəyini müzakirə etməyi məsləhət görərdim. Əgər yeni məşqçi məsələyə peşəkarcasına yanaşırsa, heç bir problem yaranmamalıdır. Futboldan kənar yanaşma olarsa, digər nüanslar ortaya çıxacaq”.(oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10