Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı sakini özünə xəsarət yetirdi


Masallı rayonunun Çaxırlı kənd sakini S.Qədiyevin tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 29-da Masallı rayonunun Çaxırlı kəndinin meşə zolağından Təkdam kənd sakini, əvvəllər məhkum olunmuş S.Qədiyevin qarın nahiyəsinin qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla onun tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi müəyyən edilib.
Hadisə yerinə baxış zamanı müvafiq sənədləri olmayan nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10