Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

9 sentyabr 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Bəs fəsadları nədir?
- Fəsadı odur ki, kim tutuldu, fatihə. Əsas nişanəsı isə odur ki, adam bu xəstəliyə tutulan kimi daha da yaltaq olur.
- Qıza, yuxu danışırsan, ya ciddi söhbət eləyirsən?
- Yuxu niyə olur e. Aç “Azadlıq” qəzetinin 2 sentyabr 2008-ci il sayını, 6-cı səhifədə Şahvələd Çobanoğlunun yazısını oxu. Gör, dediklərimdə bir kəlmə yalan var?
- O virus bizə kar eləməz. Yəni ki, təsir əks təsirə bərabərdır. Yaltağın nəyini yaltaq edəcəklər. Bizim məmurların əksəriyyəti baş-dan ayağa antivirusdur. Mən ehtiyatlanıram ki, onlar virusu xəstələndirə.
- Qıza, deyirəm əksinə olsa idi, nə yaxşı olardı. Yəni səslə adama cəsarət, mərdlik və buna bənzər şeylər keçəydi.
- Bu, mümkün olan şey deyil. İndi cəsarətli kişilər hər yerdə tək-tük qalıb. Daha başçıdan o yanası yoxdur ki, o da məşhur tayfa başçılarından birinin şəklini götüzdürəndən sonra, gördün neçə dal–dalı getdi? Daha bu millət cəsarəti, mərdliyi kimdən öyrənsin? Bir anikdotda deyilmişkən: “İnjinerdən çox bilməyəcəksən ki”. Amma bu iş saxta kağız-kuğuzla olsa idi, yalancı jurnalist vəsiqəsi alan kimi hərə özünə “Respublikanln ən cəsarətli kişisi”, “Beynəlxalq Mərdlər Assossasiyasının üzvü” vəsiqəsini təşkil edərdi.
- Düz deyirsən, bacı. Mən adam tanıyıram, uşağı fəraridir, amma özünə şəhid ailəsi vəsiqəsi dizəltdirib. Hətta eləsi var ki, onun vəsiqəsi məhkəmə qaydasında ləğv edilib.
- Hələ bu harasıdır. Məndə fakt var ki, biri oğluna yalandan Milli Qəhrəman adı “ofomit” elətdirib.
- Ad məsələsi bu milləti məhv edib də. Bir də görürsən ki, adı müəllimlər müəllimi, amma yüz müəllimin haqqını tapdalayır, yeri gələndə rəhbərlərə xoş gəlmək üçün üzəduranlıq da edir. Nə bilim süpürgəçinin pulunu yeyib, qalanının da üstün düzəldib “Tərəqqi” medalı alır. Guya bunlar da kişidır.
- Hələ bunlar harasıdır? Bu yaxında qəribə bir hadisə baş verib. Toya pul yazdıran Səməndər adlı bir dükançı, pul yazanla qırğına çıxıb ki, sən niyə adımın qabağına hacı sözün yazmayıb, ora boş Səməndər yazmısan. Nə olsun ki, filan-filan işlərə qabilliyyətim, mədəniyyətim çatmır, zato, saqqalım var, araxçınım var, Məkkədə şəklim, zəm-zəm suyu içən yerdə, şeytanala razborkada videolarım var, sən nə deyib, adımın qabağına hacı yazmazsan. Bundan sonra bizim hacı Səməndər hacılığın sübut elətdirmək üçün camaatın içində pul yazanın qulağının dibinə 2-3 şillə ilişdirir və iş düşüb milisə.
- Vallah, adam məəttəl qalır. Adam Məkkəyə gedəndə ondan soruşmurlar ki, bala, bir deklorasiya ver, sən bu qədər pulu haradan, hansı yolla qazanmısan? İllərlə dəyyusluq edib, min oyundan çıxıb, qara satmaqla, ev yıxmaqla milyonlar qazanıb, hələ istəyir ki, ona bir “hacı”da deyək.
- Elə hərəni öz adı ilə çağırmaq olsa idi, rayonda qırğın düşərdi. Gərək birinə deyəsən “qaloş filankəs”, o birinə “eşşək filankəs”, bu birisinə “taxtabaş məmur”, lap o birsinə “maska filankəs”.
- Ay bacı olanımız budur da. Daha özünü niyə şəhid edirsən. Biz hər şeyi bir anda unuduruq. Bir də görürsən ki, biri 5-10 il dəyyusluq edir, xalqın malını çapıb–talayır, amma orucluqda gəlib bir gün iftar ehsanı verir, hər mollanın cibinə 50-100 manat salır, olur yaxşı kişi. Biri də demir ki, ay fırıldağçı, ay nadürüst, min fırıldaq etmisən. İndi burdan çıxıb yenə də həmin əməllərlə məşğul olacaqsan, sənin Allah evində nə işin var? Mən din adamıyam, kasıb-kusubu sızıldada-sızıldada aldığın pulu mənə niyə verib, məni alçaldırsan.
- Bu ad məsələsindən o qədər danışacaqsan, axırda sənə də ölkənin “Əməkdar çəpərüstüçüsü” adını verəcəklər.
Zahir əmənov


-





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10