1936-cı ildə 34 yaşlı Lüi Didye adlı fransız həyatının ən gəlirli müqaviləsini bağlayır. Kasıb bir kişinin Janin adlı 6 yaşlı qızını pul qarşılığında ondan alır. Söz verir ki, ömrünün sonunadək qızın qayğısına qalacaq, ən əsası isə ona təhsil verəcək. Bəli, Lüi sözünün üstündə durdu. Lakin o, Janinin simasında gələcək arvadını görürdü.
22 il sonra Lüinin Janindən qızı dünyaya gəldi, adını Mod qoydu. Lüi öz qızına mənəvi işgəncə verərək, ondan yarı tanrıça yaradacağını qarşısına məqsəd qoydu.
Cenub.az publika.az-a istinadən xəbər verir ki, qızı doğulandan sonra Lüi Fransanın şimalında ev alır, ailəsi ilə oraya köçür.
Mod illər sonra yazacağı kitabında o günləri xatırlayarkən deyir ki, atam mənim azadlığıma qarşı çıxır, hər dəqiqə boynuma iş qoyurdu. 5 yaşımadək bağçada oynamaq ixtiyarım vardı. Lakin böyüdükcə atam mənə çətin tapşırıqlar verir, həllini tapa bilməyəndə cəzalandırırdı. Mənim üçün o böyük başlı, iri gözlü Allah idi. Həm qorxur, səm sevir, həm də nifrət edirdim. Ona qarşı çıxmaq haqqım yox idi. Anamdan da dəstək gözləmirdim.
Lüi düşünürdü ki, insan dərrakəsi bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir. Sadəcə bunun üçün ürəyi, beyni kirlənmiş insanlardan uzaq durmaq lazımdır. Ona görə də evi şəhərdən çox uzaqda, insan nəfəsi dəyməyən yerdə almışdı. 18 yaşlı Mod üçün bu qızıl qəfəs zindan idi.
Lüinin qızı ilə keçirdiyi məşqlər ağrılı, yorucu və vahiməli idi, düşünürdü ki, fövqəl insana çevrilmək üçün bütün rahatlığından vaz keçməlisən.
Mod bərk soyuq yataqda yatır, elə soyuq su ilə də yuyunur, atasının dediyinə görə, sağlam qidalanırdı.
Atamın pedaqogikası "Sparta tərbiyəsi"nə yaxın idi. Yoldan döndərən digər üsullardan uzaq durmaq lazım idi. O, hesab edirdi ki, dadlı qida insanın xarakterini zəiflədir. Şokolad, meyvə, hətta təzə çörəyin dadını bilmirdim.
Qışda evimizin divarlarında buzlu hava rəqs edirdi. Atam deyirdi ki, türməyə düşsən, orada isti su tapmayacaqsan. İndidən soyuğa alışmalısan.
Modun 7 yaşı tamam olanda siyahıya spirtli içki də əlavə edilir. Hər naharda şərab, yaxud viski içirdi. Erkən yaşdan qəbul etməyə başladığı spirtli içkilər Modun orqanizmində elə fəsadlar yaradır ki, hələ də müalicə alır.
Lüi mütəmadi olaraq qızının iradəsini yoxlamaq üçün müxtəlif tapşırıqlar verirdi. Hər yeni sınaq əvvəlkindən daha dəhşətli olurdu. Bir gecə Janinlə Lüi qızı oyadıb, zirzəmiyə gətirirlər. Tamam soyunduraraq qaranlıq otağın ortasında oturdub, deyirlər ki, səhərə qədər “ölüm meditasiyası” gerçəkləşdirməlidir. Mod siçanlardan çox qorxurdu, atası da onun zəif nöqtəsini bilirdi.
“Zirzəmidə siçanlar üstümə darışdı. Atam qışqıracağımı öncədən təxmin etdiyi üçün dedi ki, ağzını açsan, siçanlar bədəninə girib səni içəridən yeyəcəklər. Beləcə səhərə qədər dəfələrlə ölüb dirildim. Hələ də siçan görəndə özümdən gedirəm. Amma bu mənim iztirablarımın sonu deyildi. Səhər növbəti tapşırıqlar başlandı”.
Lüi qızına zınqırovlu paltar geyindirib, onu səs çıxarmadan gəzməyə vadar edirdi. Bu işgəncələrin əsas məqsədi o idi ki, Mod emosiyalarını bəlli etməsin. Dəfələrlə elektrik cərəyanı keçən dəmir hasara toxunmasını və bu məqamda emosiyasız qalmasını tələb edirdi.
Hətta bəzən günlərlə qızını susmağa və aclığa vadar edirdi. Evin bağbanı tərəfindən dəfələrlə cinsi istismara məruz qalan Mod bunu belə valideylərinə deməyə qorxurdu.
Lüinin planlarına görə, Mod mükəmməl at sürən, üzgüçü, gimnast, musiqiçi, bir sözlə, tanrıça olmalı idi.
Mod ponisi, iti və ördəyini yeganə ailəsi sayırdı: “Onlar olmasaydı, atamın cəhənnəmində çoxdan məhv olmuşdum. Heyvanlar mənə insanlığı valideynlərimdən çox öyrədirdilər".
Atası tələb edirdi ki, Mod bütün musiqi alətlərində ifa etməyi öyrənsin. Mod isə musiqini xilası kimi görürdü.
Modun 16 yaşı olanda evə yeni musiqi müəllimi gəlməyə başlayır. Qızın ruhunu duyan cənab Molin tələbəsinin atasından rica edir ki, dərsləri öz evində tədris etməyinə icazə versin. Müəlliminin evində Mod Riçardla tanış olur və onlar evlənirlər. Lüi qızının önündə şərt qoyur ki, toydan yarım il sonra gəlib atasına qulluq edəcək. Lakin Mod cəhənnəminə geri dönmür.
“Valideynlərimin evindən 40 ildir ki, köçmüşəm. Bu müddət ərzində nə həyat yoldaşıma, nə də dostlarıma valideynlərimdən danışa bilmişəm. Amma hər həftə bir neçə saatlıq yanlarına gedirdim. Özümü onlara qarşı haqsızlıq edirmiş kimi hiss edirdim. Yenidən doğuldum, yadlarla söhbət etməyə, özümə istədiyim əşyaları almağa başladım. 18 yaşımda ilk dəfə stomatoloq qəbuluna getdim. Vitaminsizlikdən sümüklərim və dişlərim çox pis durumda idi. Damağımdan qan gəlirdi.
Mod Lüinin ehtimalından da güclü qadına çevrilir. “Dünyanın yeganə qızı” kitabını yazır.
“Özüm üçün oynamağın, əylənməyin nə olduğunu indiyədək anlaya bilmirəm. Atam uzun müddətdir dünyadan köçüb. Amma hələ də kabusuma dönüb. Hər gecə yuxularıma gəlir".