Onlar peşmandırlar, kaş belə olmazdı, deyirlər. Geriyə dönüşləri olmasa da, buradan çıxdıqdan sonra həyatlarını dəyişə bilərlər
Cenub.az konkret.az-a istinadən bildirir ki, dekabrın 25-də ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı günü kimi təsis edilib. Vəkillər Kollegiyasının üzvləri bu günü əhalinin ən həssas təbəqəsinin – məhbus qadınlar və yeniyetmələrin yanında olmaqla yaddaqalan ediblər. Bu münasibətlə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində qadınlar və 18 yaşadək olan şəxslər üçün Tərbiyə Müəssisəsində yeniyetmələr üçün pulsuz hüquqi yardım təşkil olunub.
Pentensiar Xidmət, Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti və Vəkillər Kollegiyasının üzvləri ilə birgə orada olub, məhbusların şikayətini dinləyib. Vəkil yardımı alan şəxslərin həyat hekayələrini dinlədikdə onların əksəriyyətinin cahilliyin, savadsızlığın, təhsilsizliyin qurbanı olduğunu gördük.
Müəssisə rəhbəri Vaqif İsmayılovun verdiyi məlumata görə, hazırda burada 383 məhkum qadın var ki, onların 234-ü narkotikə görə, digər əksəriyyəti isə qadın alverinə görə təqsirli bilinib. Başqa cinayətlərə görə həbs olunan qadınlar da var. Onlar arasında cavanlığını puç edənlərlə yanaşı, yaşı 70 olan ağbirçəkləri də görmək mümkündür. V.İsmayılovun sözlərinə görə, onların ən cavanının yaşı 22-dir: “Bu məhbus qadınlar arasında uşaqları ilə birgə burada yaşayanlar da var. Ümumilikdə isə burada anaları ilə birgə yaşayan uşaqların sayı 4-dür ki, onların ən balacası 6 aylıq, ən böyüyü isə 2 yaş 11 aylıqdır”.
Burada 10 övlada, 30-40 nəvəyə sahib olan nənələri də görmək mümkündür. Digərləri kimi, onlar da özlərində təqsir görmürlər, həyatdır, bilmək olmaz, sabah kimin başına nə iş gələcək, deyirlər. Amma əməllərindən, törətdikləri hadisələrdən danışdıqda baxışlarımız tamamilə dəyişir…
Hekayəsini dinlədiyimiz 61 yaşlı Fatma Məmmədova aldığı 5 il 6 ay cəzasının 3 il 2 ayını çəkib. Deyir ki, oğlu xəstədir, ona görə də azadlığa qovuşmaq istəyir. Fatma xanım kimi vəkillərə yaxınlaşan digər məhbusların da əsas istəyi əfv olunmaları ilə bağlıdır. Ən çox verilən sual da elə “mən əfvə düşə bilərəmmi?” oldu.
Bu qadınlar arasında erkən evliliyin qurbanı olanlar, pis vərdişə qurşananlar da var. Hətta münasibətləri davam etdirmək üçün olanlara göz yumub növbəti dəfə övlad dünyaya gətirənlər də. Buna taleyin oyunumu deyək, dünyaya gələcək birinin taleyi ilə oyunmu deyək, bilmirik…
Övladı dünyaya gəldikdən sonra həbs olunan anaların ən böyük acıları da elə bu körpələrin onları tanımamaları, yad kimi qəbul etmələri, bəlkə də, heç qəbul etməmələridir.
“Buradan çıxdıqdan sonra yeni həyat quracağam. Övladlarımın yanında olaraq onları böyüdəcəyəm”, – deyə həmsöhbətimiz Şəxs xanım arzusunu dilə gətirir.
Məhbus qadınlar üçün yaradılan şəraitlə tanış oluruq. Burada xalça və şirniyyat sexləri fəaliyyət göstərir. Məhbuslar xalça toxumağı, dərziliyi öyrənməklə satış üçün məhsullar hazırlayırlar. Beləliklə, onlar işləyib özlərinə büdcə yığırlar. Belə bir fəaliyyətin yaradılmasında məqsəd həm məhbus qadınlar üçün buradan çıxdıqdan sonra bir bacarıq, peşə formalaşdırmaq, həm də vaxtlarının daha səmərəli keçirilməsini təşkil etməkdir. Bundan başqa, burada təndirxanalar da fəaliyyət göstərir.
4 saylı qadın cəzaçəkmə müəssisəsi ilə yanaşı, valideyn sevgisinə həsrət qalan 18 yaşınadək olan uşaqların Tərbiyə Müəssisəsinə də baş çəkirik.
Müəssisənin rəhbəri Elgiz İsmayılovun sözlərinə görə, buradakı uşaqların yaşı 14-18 arasındadır. Onlar arasında valideynsiz olanlar da var. E.İsmayılov deyir ki, buradakı şəxslər bəzən pis mühitin təsirinə düşdüyü, bəzən isə valideyn himayəsindən kənar olduqları üçün cinayətlər törədiblər. Bu uşaqların həbs müddəti isə 2 ildən 10 ilədəkdir.
Söhbət əsnasında E.İsmayılovdan öyrənirik ki, burada uşaqlara orta təhsillə yanaşı, peşə təhsili də verilir. Onlara bütün fənlər tədris edilir. Hətta son ildə bu müəssisədən çıxaraq ali məktəbə qəbul olanlar da var.
Onlar peşmandırlar, bəlkə də, həyatda ən çox peşman olanlardandırlar. Amma bir məsəl var, sonrakı peşmanlıq fayda verməz… Qarşıdan Yeni il gəlir. Dəmir barmaqlıq arasında hər ötən gün, hər gələn il özü ilə bir ümid gətirir – azadlığa doğru daha bir addım…