Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kreml qazı “rus ruletkası”na çevirir – Putinin enerji strategiyası niyə alınmır? (TƏHLİL)



“Şimal axını – 2” ukraynalılar üzərində yeni qələbənin rəmzinə çevrilə bilərdi. Layihənin mahiyyəti 2019-cu ilin sonuna – Rusiya və Ukrayna arasında  əldə olunmuş on illik qaz sazişinin müddəti başa çatanadək ramedilməz qonşu ölkənin ərazisindən yan keçməklə Avropaya qaz tədarükü həyata keçirmək üçün iki böyük boru kəməri inşa etmək idi. Bu, kövrək iqtisadiyyatı böyük, sabit valyuta gəlirlərindən məhrum edər, onun qaz nəqliyyat sisteminin işini dayandırar, eyni zamanda Moskvaya istədiyi təqdirdə rus qazının AB tədarükünü riskə atmadan Ukraynada sabitliyi yenidən pozmağa imkan yaradardı”.
Bu barədə Andrey Qurkov “DW” portalında yazır.
“Türk axını”: ikinci qol hələlik tam işə düşməyəcək
Plan baş tutmayıb. Amerika sanksiyalarına görə qrafikdən geri qalan “Şimal axını – 2” layihəsinin tikintisi başa çatdırılmayıb. Ankaranın buraxıcılıq qabiliyyətini yarıbayarı azaltdığı “Türk axını” isə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə 2020-ci ilin ilk on günlüyündə keçiriləcək təntənəli açılış mərasimində yarımçıq halda istifadəyə veriləcək. Xətlərdən yalnız biri tam hazırdır. O da aktiv şəkildə endirim tələb edən türk müştərilərin qaz təchizatı üçün nəzərdə tutulub. AB ölkələri üçün nəzərdə tutulan ikinci marşrut hələ bir neçə ay istifadə edilməyəcək, çünki Bolqarıstanda inşaat uzanır.
Kiyev güc mövqeyindən Moskva ilə danışıqlar aparmaq imkanı əldə edib
Putinin qaz strategiyasının müvəffəqiyyətsizliklə üzləşməsi göz qabağındadır.  Bu da elə bir vəziyyətə gəririb çıxarıb ki, Kiyev Moskva ilə güc mövqeyindən danışıqlar aparmaq imkanı əldə edib. Yeni Ukrayna rəhbərliyi ağını çıxartmayıb, “moskalların acığına qulaqlarımı donduracam” prinsipi üzrə hərəkət etməyib. Kiyevdə olduğu kimi Moskvada da sağlam düşüncə, kommersiya praqmatizmi və kopromislərə hazırlıq üstün gəlib. Məhz bu səbəbdən qüvvədə olan müqavilənin müddəti başa çatmasına sayılı günlər qalmış Berlin və Minskdə qaz tranzitinin uzadılması ilə bağlı razılaşma əldə olunub.
Ukrayna tərəfinin qələbəsi “Qazprom” şirkətinin məğlubiyyəti deyil
Məqalə müəllifi qeyd edir ki, ilk baxışda hər şey Ukrayna tərəfinin tam qələbəsi kimi görünür. Kiyev beş illik tranzit müqaviləsinə nail olub. Sənədi daha 10 il müddətinə uzatmaq mümkündür. Bundan başqa, “Qazprom” Stokholm Arbitraj Məhkəməsinin qərarına uyğun olaraq təxminən 3 milyard dollar ödəməlidir. Eyni zamanda “Şimal axını – 2” və “Türk axını” kəmərinin ikinci qolu istifadəyə verildikdən sonra tranzit rüsumu xeyli artmalıdır.
“Qazprom”-un Kremlin siyasi silahı deyil, biznes yönlü, birjada qiymətləndirilən şirkət olduğunu nəzərə alsaq, bu paket sazişini müəssisənin məğlubiyyəti adlandırmaq doğru olmaz. Rusiyanın qaz nəhəngi ən azı beş il özünün ən vacib, ən rentabelli bazarına – AB bazarına böyük həcmdə tədarük həyata keçirmək üçün sınaqdan çıxmış kanal əldə edir, özü də əvvəldən razılaşdırılmış, bütün bu müddət ərzində dəyişməyən tranzit qiyməti ilə.
Ümumiyyətlə dənizin dibi ilə iki bahalı boru kəməri çəkmək lazım idimi?
Ukrayna tranzitinin davam etdirilməsi ilə bağlı əldə olunan razılaşma belə bir məsələni aktuallaşdırır: “Qazprom”-a 20 milyard dollara başa gələn bu bahalı boru kəmərlərini inşa etmək lazım idimi?
Donald Trampın (Donald Trump) atdığı imza ilə qüvvəyə minən Amerika sanksiyaları sayəsində dayanan “Şimal axını – 2” layihəsinin istifadəyə verilməsi uzandıqca, bu cür suallar daha kəskin hal almağa başlayacaq. Bir də gördün, NATO-da yaxşı təlim keçmiş türk əsgərləri Liviyada “Vaqner” qrupunun muzdlu döyüşçülərini güllələməyə başladılar. Belə olduğu təqdirdə, Moskva və Ankara arasında Suriya və Liviyada yeni münaqişə qızışa bilər. Onda rus qazı üçün Türkiyənin tranzit ölkə kimi məqsədəuyğunluğu getdikcə daha çox şübhə doğuracaq. (Xpressa)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10