Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

09 may 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, bir saxla. Bunları bizə, BNT-yə nə dəxli var?
- Niyə dəxli yoxdur? Baxıram belələrinə, deyirəm yəni bunlar inqilab eləyəcək, bunlar demokratiya uğurunda mübarizə apara-caq? Allah bunları zirvələr uğurunda yox, xəndəklər uğurunda mübarizə aparmaq üçün yaradıb. Hansı yazıçısa gözəl deyib: ” Bunların gözü baxmaq üçün yox, yatmaq üçündü”. Bu məsələləri ərazə nümayəndəsi, bələdiyyə üzviləri həll edə bilmir. Qoy BMT gəlsin, bunları başa salsın ki, ay kişi, müəllim belə pinti, belə kəsafət günündə ola bilməz. Əgər bir məktəbdə 30 kişi müəllimdən 20-si üzü tüklü gəlirsə, müəllim aylarla qəzet-kitab oxumursa, sən nə qoyub , nə axtarırsan.
- Sənin bu sözlərindən ziyalılar inciyə bilər a?
- Hansı ziyalıdır o? Əgər bu diyarın şairi quldur, saxtakar, daha nələr dediyi məmurdan ad günündə bir “göy”almaq üçün yeri-göyü cırmaqlayırsa, haqq söz deyənlərdən üz çevirib hakimyyətdən yağlı tikə almaq üçün qoltuğuna girməkdən ötrü min cür yol axtarırsa, sən kimdən nə gözləyirsən? Vallahi, bunların bir çoxu özlərini elə günə qoyub ki, icra başçısı özu xahiş etsə, hətta mükafat ayırsa ki, mənim nöqsanlaımı deyin, yenə də çınqırları cıxmaz.
- Yəni heç düzələnə oxşamır?
- Nə bilim, bəlkə də bütün dükan yerlərini satandan sonra başçıların vaxtı qalsa, onlar məsləhət bilsə, xahiş etsə, ziyalılarımızın bəzisi ildə 1-2 gün “qəhrəman” ola bilərlər.
- Sənə elə gəlir e. Bu dəqədə acizlikdə qınadığın həmin əl “ziyalıla-rının” cibinə bir az para qoysalar, yaxşı vəzifə vəd etsələr, üstünə “qəhrəmancasına” elə cumarlar ki, özün də mat qalarsan. Biz quzu oluruq gəlmələrin qarşısında, asılı olduğumuz adamların qarşısında, üstümüzə bərk qışqıranın qarşısında... Amma özümüzkünü, haqqı-mızı müdafiə edəni elə mələdərik... Bir də dediklərindən belə çıxır ki, guya müxbirlərdən başqa, bu xalq üçün çalışan yoxdu?
- Sənin o müxbirlərində də az yoxdur. Müxbir var, dişlə, dırnaqla gözünün qarasını tökməklə çörək qazanır, müxbir də var, bizim yazdığımız tənqidi materialları qoltuğuna vurub başçılara göstərir ki, bax, mən də səndən döşəyə bilərəm ha, “lallığımın “, yaltaqlığı-mın, ikiüzlülüyümün pulunu ver, yazmayım. Onalr da belə müxbirciyəzlərin qabağına bir az yal atıb, məsələni həll edirlər.
- Sən dediklərini sahmana salmaq üçün gərək hər məhəllədə bir BMT yarana.
Zahir Əmənov








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10