Xəbər verdiyimiz kimi, dünən YAP fevralın 9-u keçiriləcək növbədənkənar parlament seçkilərində hansı namizədlərlə iştirak edəcəyini açıqladı.
123 namizədin arasında Iqbal Mammadovun da adı var. O, YAP-ın yenidən ona etimad göstərməsi ilə bağlı öz təşəkkürünü bildirib.
"Etimad göstərib yenidən 78 saylı Lerik seçki dairəsindən namizədliyimi ireli suren Yeni Azərbaycan partiyasınının rəhbərliyinə öz səmimi təşəkkürümü bildirirəm".
İqbal Məmmədov həmçinin ona dəstək olan hər kəsə minnətdarlıq edib:
"Eyni zamanda çoxsaylı telefon zəngləri və sosial şəbəkələr vasitəsilə şəxsimə ünvanlanan təbriklərə, xoş sözlərə və səmimi fikirlərə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm".
Xatırladaq ki, bu yay Lerikdəki "Relax" istirahət mərkəzində baş vermiş insidentdə İqbal Məmmədovun oğlu Orxan Məmmədovun da iştirak etdiyi və vergi əməkdaşları ilə dalaşmasını əks etdirən video görüntülər uzun müddət ölkə gündəmini zəbt etmişdi.
Qeyd edək ki, bu hadisədən sonra İqbal Məmmədovun oğlunun da içlərində olduğu 6 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Yenisabah.az