Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

08 sentyabr 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, istər adını market qoy, istər unvermaq, istər ticarət mərkəzi qoy, istər talkuçka - hamısı bazardır. Bazarda olan çörək də heç harada yoxdur.
- Düz deyirsən, bacı. Bir ildir ki, görürəm rayonumuzu necə bazara döndəriblər.
- Burada incə siyasət də var. Necə ki, başçımız bu elmə çox dərin-dən yiyələnib. Belə ki, əvvəl sökdürür...
- Bunlar köhnə söhbətdir e. Bu, təzə bazardan danış.
- İmkan verirsən ki? Başçı bazarkomların sıxıb suyunu çıxardandan sonra bazarın hər tərəfin bir bazar elədi.
- Lap müftə.
- Qıza, nə olsun ki, özü istəmir. Bəs bizim qabiliyyətimizə nə gəlib. Elə məşhur bazarkom başçının kruquna daxil olan ATABANK-dan 360 min dollar götürən kimi 60 minini bu başdan aparıb qoyub onun ovcuna. Kişi əvvəl götürmək istəməyib. Elə biliblər ki, kişi rüşvət götürmür. Sonra başa düşüblər ki, az veriblər. Bu başdan dükan yeri verənlərin haqq-hesabından da 60 min dolların üstünə qoyub həmin işi düzüb qoşublar. Başqaları da bundan nümünə götürüb, onlara düşən payı vaxtında və normativlərə uyğun olaraq rəhbərə çatdırıblar.
- Baş bazarkom, deyəsən, pulu verəndən sonra yaman rahatlanıb, sevincək olub.
- Nə təhər sevinibsə, legioner dizaynerə bir BMV bağışlayıb. Elə bilib onun üçün Ermitaj tikəcək. Sonra işin içindən elə işlər çıxıb ki, hələ də dilimə gətirə bilmirəm ... Qısası, bazarkom onda ayılıb ki, bunlar evimi yıxıb ki! Dizaynerin dizaynını pozub, onu bazarın tikintisindən uzaqlaşdırıb. Bir də görür ki, bankdan götürdüyü kreditin vaxtı çatıb, faizlər dəli mal kimi üstünə gəlir, amma hələ bazar pul gətirmir.
- Ona görə köhnə bazarda həmişə konsert çıxadıblar?
- Bəs nədir? Bu işdə o qədər pullar yeyilib ki, sadalasam, havalanarsan.
- Bu, Bakıda uçan bina...
- Hə, həmin bina bunların işini lap çətinləşdirdi. Köhnə, yarasız panellərin səsi yavaş–yavaş çıxır. Borclular qapını kəsdirib. Bank faizləri bir tərəfdən, üstü açılan bəzi fırıldaqlar o biri tərəfdən...
- Mən bılən, ...
- Bildiklərinin hamısını xırdalama, indi proseslər gedir. Bazarları payızda təzədən ”sayacaqlar“.
Zahir Əmənov
TAPMCA
O hansı rayondur ki, icra baçşısı ilə müavinəri
sökülməli binanın pulunu bölə bilməyiblər.
Başçı keçır söyüşə. Müvinlərən biri söyüşləri
həzm etsə də, o birisi iki qatını qaytarıb başçınin özunə.
Başçı ona cavab qaytaran həmin müavinin
otağına gedənə qədər onun kabnetini möhürlətdirir.
Proseslər gedir. Cavabı tapanlar cavablarını dənizə desin.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10