Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təhsil Nazirliyi məktəbləri qızdırmaq üçün taxta qiymətinə odun alır - QİYMƏTLƏR



Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi  tenderin qalibi məlum olub.

Tenderin qalibi bu ilin fevral ayının 6-da dövlət qeydiyyatına alınan "Təchizat-RA" MMC olub. Bu şirkət 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 2500 kub metr quru meşə odunu üçün "Təchizat-RA" MMC şirkətinə 298 min 799 manat 60 qəpik ödəyəcək. Bu həm də o deməkdir ki, Təhsil Nazirliyi quru meşə odununun 1 kub metrini 120 manata satın alacaq. 
Qeyd edək ki, hazırda 1 kub metr işlənmiş taxtanın ("Çornu pol") qiyməti bazarda 120-150 manat arasında dəyişir.
Məlumat üçün onu da bildirək ki, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəbləri Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının ərazisində yerləşir.

yeniavaz





{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10