Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

YAP-ın seçki siyahısında cənubdakı dairələrdən kimlər var?


Mirkazım Kazımov və Nəriman Əliyev deputat kürsüsü ilə əbədi vidalaşıb

 

67 saylı Cəlilabad şəhər seçki dairəsindən

Həsənov Malik Əvəz oğlu yenə namizədlər sırasındadır.

 

68 saylı Cəlilabad kənd seçki dairəsindən isə Mirkazım Kazımovun yerinə isə televiziyalarda qəribə çıxışları ilə yadda qalan

Nəsirov Elman Xudam oğlunun namizədliyi irəli sürülüb.

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən YAP-ın namizədi kimi irəli sürülən Sadıqov Etibar Sadıq oğlu Masallının Kolatan kəndində fermerdir. Yəqin ki, o “Yusif Sərrac” rolunu oynayanlardan biri olacaq. Belə ki, həmin dairədən digər-YAP-çı olmayan (çox güman Fəzail İbrahim) namizəd meydana girəcək.

70 saylı Masallı şəhər seçki dairəsindən Nəriman Əliyevin yerinə onunla eyni komandanın üzvü, tanınmış mebel şirkətinin rəhbəri 

Məmmədov Məşhur Şahbaz oğlu YAP namizədləri sırasındadır. (Toplananların yerin dəyişsək cəm dəyişəcəkmi?)

71 saylı Masallı kənd seçki dairəsindən isə

İsgəndərov Anar Camal oğlu bu siyahıya daxil edilib. Əvvəllər bu dairədən 2 çağırış Elmira Axundova deputat olub.

72 saylı Yardımlı-Masallı seçki dairəsidən də oyuna “Yusif Sərrac” kimi girib. Qaraqaya əsas kənd məktəbində müəllim (bəzi mənbələrə görə direktor) Əliyev Sərvər Məlikməmməd oğlu ötən seçkilərdə olduğu kimi yenə kiminsə (Yəqin ki, Elə Musa Qasımovun) əlinə oynamaq üçün YAP-ın namizədləri  sırasına daxil olub.

 

73 saylı Lənkəran şəhər seçki dairəsindən – Rüfət Quliyevin əvvəllər deputat olduğu dairədən, Lənkəran Təhsil Şöbəsinin müdir müavini Bağırov Güloğlan Baloğlan oğluna “Yusif Sərrac” rolu etibar olub. Yəqin ki, buradan da müstəqil, ya da digər partiyaların namizədi irəli sürüləcək.

74 saylı Lənkəran kənd seçki dairəsi 

Rəcəbli Hadı Musa oğlu,  75 saylı Lənkəran-Masallı seçki dairəsindən isə Şeyxin  qardaşı 

Paşazadə Cavanşir Hümmət oğlu,

176 saylı Lənkəran-Astara seçki dairəsidən Əsgərov Ziyafət Abbas oğlu, 

77 saylı Astara seçki dairəsindən Mahmudov Rəşad Məmmədqulu oğlu və gözlənildiyinin əksinə olaraq

 78 saylı Lerik seçki dairəsi Məmmədov İqbal Nəriman oğlu YAP-dakı deputat yerlərini qoruya bilib.

 

Yekun nəticədə Cəlilabaddan MirKazım Kazımov, Masallıdan Nəriman Əliyev, (Elmira Axundova - o müstəqil namizəd kimi də seçkiyə qatıla bilər), Yardımlıdan Musa Quliyev (o da bitərəf kimi seçkiyə qatıla bilər), Lənkərandan Rüfət Quliyev (o da bitərəf kimi seçkiyə qatıla bilər) deputat kreslosu ilə vidalaşmalı olub.

Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10