Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda yeni açılan yol pullu olacaq



"Bu gün biz 2018-ci ildə təməlini qoyduğunuz 45-ci kilometrdən Rusiya Federasiyasının sərhədinə qədər olan 192 kilometr yolun başlanğıcında dayanmışıq. Biz 192 kilometrlik bu yolu 4 lota bölmüşük. Bu, birinci lotdur, hansı kı, Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur. Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin isə tikintisi gedir".

Cenub.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olan zaman AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Bu hissələrdə yolun tam eni 27,5 metr təşkil edəcək. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq. Qurum rəhbəri bildirib ki, yol ödənişli olduğu üçün bu yerdə turniketlər qoyulacaq: "Yol ödənişli olduğu üçün dayandığımız bu yerdə turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün. Yolun hər iki tərəfi çəpərlənəcək ki, hərəkət hissəsinə kənar heç nə daxil ola bilməsin. Yol ətrafında maşınlara xidmət üçün dayanacaqlar olacaq".






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10