Rusiyanın Kalininqrad şəhərindəki İmmanuil Kant adına Baltika Federal Mərkəzinin alimləri sensasion açıqlama veriblər.
Cenub.az-ın Sonxeber.az-a istinadən məlumatına görə, alimlər kainatın sərhəddinin olduğunu bildiriblər.
Alimlərin fikrinə əsasən, tünd enerji Kazimir effekti analogiyası kimidir. Yəni, yaxın məsafədə olan iki səma cisminin bir-birini cəzb etməsindən söhbət edir. Bu, vakkumdakı kvant fluktuasiyalarının təsiri nəticəsində meydana gəlir.
Fikizlərin sözlərinə görə, bu, kosmosda da baş verir. Amma nəticə olaraq Kainatın genişlənməsinin sürətlənməsi üzə çıxır. Bu isə o deməkdir ki, tünd enerji yoxdur, genişlənmə isə sərhədlərin olması səbəbindən baş verir.