Əli Cəfərov 1962-ci ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət və mədəniyyət Universitetini bitirib. Bir müddət Bakının Nizami rayonunda Mədəniyyət Evinin müdiri işləyib.
Hazırda Demokratik İslahatlar Partiyasının funksioneridir.
O həm də “Demokratiya və Milli-mənəvi dəyərlərin təbliği” İb-nin sədridir.
Ə.Cəfərov 2005-ci ildə də Milli Məclisə deputatlığa namizədliyini irəli sürsə də müəyyən səbəblərdən mübarizəni sonadək davam etdirməyib.
Əli Cəfərov bizimlə söhbətində bildirdi ki, qərarında qətiyyətlidir.
Yaşadığım ərazinin o qədər qayğıları və problemləri var ki... Millət vəkili seçilərmsə əsas hədəflərim əhatə etdiyim dairədə işçisliyin aradan qaldırılması, təhsilin səviyyəsinin yüksəldilməsi, xüsusən də bərbad vəziyyətdə olan kəndarası yollarının abadlaşmasına diqqət yetirilməsi olacaq.
Digər hədəflərim barədə isə yaxın vaxtlarda məlumat verəcəyəm.