Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məktəblərdə dərs qrafiki dəqiqləşib



6 günlük iş həftəsi olan məktəblərdə yanvarın 4-ü və 6-da isə VIII, IX, X, XI siniflər üçün dərs günüdür

 

Azərbaycanda beş və altıgünlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib

 

Cenub.az ayna.az-a istinadən xəbər verir ki, təqvimdə edilən dəyişikliklərə əsasən, dekabrın 28-i və 29-nun dərs qrafiki aşağıdakı qaydada təyin edilib. 

 

Belə ki, 5 günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək. Dekabrın 29-da isə yanvarın 6-da olan dərs qrafiki tətbiq olunacaq. 

 

Bundan başqa, 6 günlük iş həftəsi olan məktəblərdə dekabrın 29-da gələn ilin yanvar ayının 3-də olan dərslər keçiriləcək. Yanvarın 4-ü və 6-da isə VIII, IX, X, XI siniflər üçün dərs günüdür.


Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10