- Birincisi, müasir atalar deyir ki, qadının yaşını, kişinin maaşını soruşmazlar. İkincisi, təkcə maaşla dolanan, qədeşlər demişkən, heç “kişi” deyil. Qıza, sən hansı maaşdan danışırsan. 80-90 manat da maaş olar? Heç 2 toyun pulu eləmir. Hökumət özünü elə göstərir ki, guya maaş verir, adamlar da özünü elə aparır ki, guya maaş alır. Allah yenə də çəpər üstündən aldığım qonorara bərəkət versin. Son vaxtlar ki, intrenetdə o bloqdur, nədir, ondan yaratdıq, yəni çəpər üstünü indi dünyanın hər yerində oxuyurlar. Hətta bəzi ölkələr məni qastrola çağırır.
- Çağırırlar, get də. Burada nə var e. İşıq gələn bütün yerləri monopoliya ediblər. Bir dostum var, söhbət edir ki, hər şeydən bezib, heç yerdə boş çörək yeri tapmayandan sonra, deyib, gedirəm alçaqlıq eləməyə . Bəbbəxt baxıb görüb ki, orada da monopoliyadır.
- Yox. Mən heç yerə getməyəcəyəm. Keçəcəm müxalifətə.
- Qıza, müxalifətdə nə var? Neçə vaxtdır ki, qəzetə meydan veririk, qəzetdə səhifə ayırırıq, 7 rayondan Əlişir müəllimdən başqa bir həfər meydana gəlib demir ki, mənim də sozüm var. Allah bunların üzünə baxıb ki, televiziyada bunlara yer ayırmırlar, ondan nə danışacaqdılar? Sən də deyirsən ki, keçim müxalifətə. Nə var orda?
- Qıza, elə müxalifətə ona görə keçirəm də. Bu dəqiqə müxalifətdən çörəkli yer yoxdur. Əksər yerlərdə onları elə gunə salıblar ki, indi bəzi nöqtələrdə diş qurdalamağa müxalifət tapılmır. Hakimiyyətə də bu qıtlığı aradan qaldırmaq üçün yalançı müxalıfət lazımdır. Yəni haçan desə, “Fatı, yat!”, yatsın, “Fatı,qalx!”, qalxsın. Qısası, pultnan idarə olunsun, lallığının da pulunu alsın. Bu dəqidə müxalifətdə olan pul harada var? Həm xaricdən alırlar, həm daxildən. Necə baxırsan?
- Qıza, gərək hər işdə fərasət ola. Adam var, toya gedir, o qədər yeməyin içində ac gəlir. Amma fərasətli adam “Şadlıq zalı”nda onun stoluna qulluq edən xörəkpaylayana 1-2 manat verir, bir də görürsən ki, bütün yeməklər axdı həmin stola.
- Bu, balaca söhbətdir. Məndə daha maraqlı xəbər var. Bilirsən də, indi seçki məntəqələrinin təmiri əsl çörək yerinə çevirilib. Müdir qalmır, sahibkar qalmır, fermer qalmır, “xox”gəlib məntəqə xərci yığırlar. Birində 50 “paçka” sement, o birisinə rəngli boya aldırırlar. Ərəb kəndin-dəki seçki məntəqəsini təmir elətdirmək üçün başçı burada olmayanda müavin bir neçə müdiri çağırıb və hərəsinin boynuna 500-1000 manatlıq tikinti materialı qoyub. Adının bir tərəfi ağa, bir tərəfi bəy olan, amma özü... olan müdir daha cəld tərpənib, müavinə 100 dənə yüzlük otürür ki, sən Allah məni bu məntəqə təmirindən uzaq elə. Razılaşırlar. Həmin müdir də bu əməlini hər yerdə fəxrlə danışır. Başçı mənalı istirahətdən qayıtdıqdan sonra hörmətli “sukalarınız” bu xəbəri çatdırır başçıya. Başçı da vətəndaş müdir AB–ni cəzalandırmaq üçün ona qəti tapşırır ki, filan kənddə 5x10 metrə, bütün xərci səndən olmaqla bir məntəqə tikməlisən.
- Bu bədbəxt ki, heç gətirmir. Gah rayon üçün neçə min dollara darvaza tikir, bir il keçməmiş sökürlər. Gah oğlu məktəbdə birinə sillə atır. 5-10 min manat xərcə düşür, gah işıq dirəklərı üçün hamıdan çox bundan pul alırlar.
- Öz qanından da var da. Əvvəllər demişdik ha, əyilməsən, minməzlər. Başçının birinə deyir ki, siz əmr edəndən sonra lap nənəmin pensiyasını da gətirib, bu işlərə xərcləyərəm. O birisinə deyir ki, dədəm filankəs dirilib desəydi, eləməzdim, amma siz dediniz, mütləq edəcəyəm . Amma öz kəndi üçün el-obası üçün, öz qonum–qonşusu üçün 1 manat xərcləyəndə canı çıxır.
- Bax, bizim bu formada bilirsən neçə “ədəd” dağ gövdəli, amma içi boş müdirlərimiz var. Allah milləti onlardan qorusun!
Zahir Əmənov